facebook

YAP Zərdab rayon təşkilatının VIII konfransı keçirilib – FOTOLAR

0

İyul 8-də YAP Zərdab rayon təşkilatının VIII konfransı keçirilmişdir. “Zerdab.com” saytına verilən məlumata görə, konfransda iştirak edən qonaqlar və konfrans nümayəndələrinin bir qrupu Ulu Öndər Heydər Əliyevin Heydər Əliyev parkında ucaldılmış əzəmətli abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzməklə onun əziz xatirəsini ehtiramla yad etdilər.
Konfransdan əvvəl Yeni Azərbaycan Partiyasının yaranması, təşəkkülü və keçdiyi inkişaf yoluna, həmçinin YAP Zərdab rayon təşkilatının hesabat dövründə gördüyü işlərə dair video görüntü nümayiş etdirildi.
Sonra Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilkatının sədri Pərvin Mahmudova konfransı açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və ötən konfransdan keçən müddətdə dünyasını dəyişmiş partiya üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
VII konfransdan ötən dövr ərzində görülən işlər barədə YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova məruzə ilə çıxış edərək hesabat verdi. Sonra gündəliyə müvafiq olaraq Nəzarət Təftiş Qrupunun sədri İlham Musayev çıxış edərək ötən dövr ərzində Nəzarət Təftiş Qrupunun gördüyü işlər barədə hesabatı konfrans iştirakçılarının diqqətinə çatdırdı.
Məruzə ətrafında YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin sədri Ələkbər Kərimov, YAP Zərdab rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Nailə Əliyeva “Tərəqqi” medallı,”Əməkdar” müəllimə Cəvahir İsmayılova, Təqaüddə olan Dövlət Qulluqçusu İsrəfil Həmidov çıxış edərək ötən konfransdan keçən müddətdə görülən işlər, keçirilən tədbirlər barədə konfrans iştirakçılarına məlumat verərək, təşkilatın hesabat dövründəki fəaliyyətinə də öz münasibətlərini bildirdilər.
Konfransda təşkilati məsələlərə də baxıldı.
Konfransda YAP Zərdab rayon təşkilatının 27 nəfərdən ibarət şurası, 15 nəfərdən ibarət idarə heyəti, 5 nəfərdən ibarət nəzarət təftiş qrupunun tərkibi seçildi.
Konfransda YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova yenidən yekdilliklə rayon təşkilatının sədri seçildi. Konfransda həmçinin sədrin müavinlərinin seçilməsi məsələsinə də baxıldı. Vüsalə Kərimova və Ruslan Nemətov təşkilat sədrinin müavinləri seçildilər.
Konfransda YAP Siyasi Şurasının üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlər Komitəsinin sədr müavini Aynur Sofiyevavə, Millət vəkili,Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov geniş çıxış etdilər.
Konfransda YAP Zərdab rayon təşkilatının Şura üzvü, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, respublikanın ictimai –siyasi həyatında oynadığı roldan, həmçinin YAP Zərdab rayon təşkilatının gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışdı.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqəsi verilib.

Share.

About Author

Leave A Reply