Zərdab gülməcələri – 7

4

Bir az da biz əkək

Zərdablı İsfəndiyar aeroport yarmarkasına gedir. Görür çoxlu qol saatı satırlar. Qiymətini soruşur. Satıcı deyir:
– Bir şirvana.
İsfəndiyar təəccüblə deyir:
– A kişi, nə danışırsan? Bizim rayonda bunun biri 2-3 məmməddir e.
– Əşi, mən kilosunu bir şirvana deyirəm ey.
İsfəndiyar qayıdır ki:
– Nə yaxşı, ə, sən Allah, onun toxumundan gətir, aparıb bir az da biz əkək 🙂

***
——————————————————————————————————

Onda da qalmış gilas ola

İsaqbağlı Ağakərim Soltan müəllimin evini təmir edirmiş. Nahar vaxtı süfrəyə çay gəlir, gilas mürəbbəsi qoyulur və çəyirdək üçün qab da gətirirlər. Ağakərim qaba baxıb deyir:
– Bu qab nə üçündür?
Soltan müəllim deyir:
– Gilasın çərdəyini qoymaq üçün.
Ağakərim deyir:
– Ay Soltan müəllim, sən nə danışırsan, biz şaftalını çərdək qarışıq uduruq, onda da qalmış gilas ola 🙂

***

—————————————————————————————————————-

Ölməyi yaxşıdır

İsaqbağlı bir kişi xəstələnir. Soltanmahmud kişi ona dəyməyə gəlir. Gedir görür ki, ev adamla doludur. O deyir, qurban demişəm, bu deyir qurban demişəm. Soltanmahmud kişi isə:
– Ə vallah bu qədər qurbandansa, ölməyi yaxşıdır… 🙂

www.zerdab.com

Share.

About Author

4 yorum

  1. Entiqe Zerdabli on

    bizde zerdabli olduqumuz ucun bunlari bilirik
    biride budur
    -Isfendiyar baliq satarken bir alici sorusur
    -bu baliq niye eyridir?
    Isfendiyar kisi cavab verir:
    -pavarotdan donende tutmusam:)
    mende esitdiyimden birini yazdim

Leave A Reply