Zərdab gülməcələri – 8

3

Bir İsaqbağlı heç nədən başı çıxmayan kütbeyin oğlunu instituta qoymaq istəyir. Xeyli fikirləşir ki, nə etsin. Axır qərara gəlir ki, Bakıda institutda dərs deyən həmyerlisinin yanına getsin. Bir az pul toplayır. Oğlunu da götürüb gəlir onun yanına. Hal-əhval tutduqdan sonra deyir:
– Müəllim, bax, malı da gətirmişəm, otunu da. Qalanı səndən asılıdır. Bunu adam elə.  🙂

***
İsaqbağlı bir oğlan Kürdən su gətirən qızın dalınca düşür. Oğlan həyəcanlı olduğundan bilmir ki, söhbətə necə başlasın. Həyəcanlanması onu daha pis vəziyyətdə qoyur. Özünü itirən oğlan qızara-qızara yavaşca deyir:
– Ay qız, Kürdə su vardı?
Qız isə özünü sındırmayıb deyir:
– Hə, bircə vedrə idi, onu da mən götürdüm. 🙂

***
Sovet vaxtı ilə məktəblilərə jurnal üzrə məktub gəlirdi. Belə məktubun biri də İsaqbağlı bir şagirdə gəlir. İsaqbağlı oğlan cavab yazır. Qarşı tərəf 2-ci məktubunda ailəsi haqqında yazır ki, atam prokurordur, anam həkimdir, bacım müəllimdir, qardaşım mühəndisdir.
Məktuba qulaq asan Bəkir kişi oğluna deyir:
– A bala, sən də yaz ki, atam umer, anam can üstədir 🙂

***
Bir dəfə Xan Şuşinski Zərdabın İsaqbağı kəndində toyda oxuyurmuş. Arada da “ölürəm-ölürəm” deyirmiş. İsaqbağlı Yamaq kişi də başını bulayıb deyir:
– Sən ölmə. Sən ölüncə, beş-altı kolxozçu ölsə yaxşıdır 🙂

***
İsaqbağlı Şəmil kişi bir dəfə o qədər gop edir ki, görür qulaq asan yoxdur, axırda qayıdır ki:
– Ağzımda yalan danışıram, amma inanan yoxdur 🙂

***

Bir İsaqbağlı atasına baş daşı qoydurur. Köhnə başağacını nə qədər dartırsa, çıxmır. Deyir:
– Ay dədə, burax ey, təzəsini qoydururam 🙂 🙂 🙂

www.zerdab.com

Share.

About Author

3 yorum

Leave A Reply