Zərdab gülməcələri – 9

15

İsaqbağlı müəllim əmək təlimi dərsində əsəbləşir və bir şagirdin başını çəkiclə yarır. Evlərinə zəng vurub deyir: Gəlin oğlunuzun meyidini aparın. Köpək oğlunun başı pendir imiş 🙂

***

Bıçaqçıda iki qardaşdan biri evlənir, gəlin gələn kimi evdə hökmranlığı ələ alır, ev işlərinə yaxın durmur, ancaq kişi işləri ilə məşğul olur. Bunu belə görən qonşu subay qardaşa deyir:

– A bala, sən evlənəndə, çalış, arvad al 🙂

***

Bıçaqçı camaatı əkdiyi taxılı suvara bilmirmiş. Bir nəfər deyir:

– Ay Abdulla, sən Allaha yaxın adamsan, Allaha yalvar, yağış yağsın.

Taxıl suvarmaqla heç arası olmayan Abdulla deyir:

– Vallah, yalvarmağa daha üzüm gəlmir.

– Niyə?

Abdulla cavab verir:

– Adama deməz ki, on dəfə mən sulamışam, bircə dəfə də özün sula? 🙂

***

Müharibənin ağır vaxtları imiş. İnsanlar aclıqdan əziyyət çəkirlərmiş. Bıçaqçılı Zəri nişanlısı Həsənə sifariş göndərir ki, bəs, mənə gecəköynəyi alıb göndər.

Həsən də nişanlısının bu sifarişini gətirən adama deyir:

– A bajı, get Zəriyə denən ki, mən özüm geyməyə gündüz köynəyi tapmıram, ona gecəköynəyini nəynən alım? 🙂

***

Bir İsaqbağlı atasına başdaşı qoydurur. Köhnə başağacını nə qədər dartırsa, çıxmır. Deyir:

– Ay dədə, burax ey, təzəsini qoydururam 🙂

***

İsaqbağı kəndində toy imiş. Toyun qızğın yerində dava düşür. Ancaq zurna çalan hey püləyir. Bunu görən bir qoca arvad zurna çalana deyir:

– A bala, baş qarışıqdır, baxan yoxdur, çıxart, bir az nəfəs al 🙂

 

www.zerdab.com

Share.

About Author

15 yorum

  1. ISAMEDDIN AHMEDOV on

    Çox bəyəndim, çox əla! Allah cibinizdən pulu, qəlbinizdən sevgi və sevinci, çöhrənizdən təbəssümü heç vaxt əskik etməsin!

  2. Abdullah on

    olmush sheylerdi amma deyishdirmisiniz. Buna gore de mene tesir etmedi, chunki men bunlarin ichinde boyumushem ve original formalarini eshitmishem, bezisine ise shahid olmusham. Bu uzden xoshum gelmedi 🙂

  3. Banucicek on

    Abdullah bey, esitdiyime gore bu kitab capa hazirlananda baxiblar ki, bunlarin orijinalinda qeyri-etik (soyushler) sozler var, ona gore de deyishmek mecburiyyetinde qaliblar..

  4. ISAMEDDIN AHMEDOV on

    Hansısa dahi deyib ki, ən aciz arı düzəltdiyi pətəkdəki yuvaların dərkedilməz dərəcədə dəqiqliyinə görə ən istedadlı memarı da utandırır.
    Bir də onu deyib ki, ən gözəl meymun ən çirkin insandan eybəcərdir.
    Sonra da deyib ki, gözəllik nisbidir, yəni kiməsə ideal gözəllik təsiri bağışlayan hansısa gözəl kiməsə idbarlıq, hətta eybəcərlik təsiri bağışlaya bilər. Yəni, nəsə kimdəsə çox böyük müsbət emosiya, kimdəsə isə çox mənfi emosiya doğura bilər. Amma əlbəttə, zövqlülüyə və ya zövqsüzlüyə görə kimisə mühakimə etmək düzgün olmaz. Allah hamımıza kömək olsun!

  5. Memmedov Suleyman on

    Allah Təala hamini guldursun.O cumlədən Bicaqci camaatinida.Letifelere gore tesekkur edirem.

  6. ferid ahmedli on

    BUTUN ZERDAB EHLINE SALAM.MEN DE ZERDABIN ELVEND KENDINNENEM.

Leave A Reply