facebook

Zərdabda 50 il sonra möhtəşəm görüş – FOTOLAR

0

1967-ci ildə Zərdab şəhər M. Qorki adına 1 saylı orta məktəbi bitirmiş 38 nəfər məzun bugünlərdə elə həmin məktəbin həyətinə toplaşmışdılar. 50 ildən sonra baş tutan bu görüşü möhtəşəm adlandırasaq, yanılmarıq. Burada yığışıb hal-əhval tutduqdan sonra onlar keçmiş müəllimləri Əlhüseyn Cəbiyev, Bəxtiyar Allahverdiyev və Əlhəsən Kərimov müəllimin də iştirakı ilə, Şəhidlər Xiyabanını, Həsən bəy Zərdabinin, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun və Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış 1941-45 abidəsini ziyarət ediblər. Bundan sonra görüş “Kür” şadlıq sarayında davam edib. Məzunlar keçmiş xatirələrini, oxuduqları müddətdə yaddaqalan hadisələri bölüşüblər, müəllimlərini yad ediblər.

Məlumatı və fotoları Zerdab.com-a göndərdi: Yaşar İskəndərli

Zerdab rayonu mezun

Share.

About Author

Leave A Reply