facebook

Zərdabda bu şəxsi velosipedlə gedərkən avtomobil vurdu

0

Zərdabda velosipedçinin vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Zərdab-Mollakənd yolunda qeydə alınıb.  “VAZ-2107” markalı minik maşını velosipedlə hərəkətdə olan rayonun Dəkkoba kənd sakini, 1953-cü il təvəllüdlü Tofiq Ağacan oğlu Əliyevi vurub. Zərərçəkən təcili olaraq Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ağır kəllə-beyin travması alan T. Əliyevə tibbi yardım göstərilib, daha sonra müalicəsini davam etdirmək məqsədilə paytaxta göndərilib.

Hələlik velosipedçini vuran avtomobilin sürücüsünün kimliyi məlum deyil. Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

Share.

About Author

Leave A Reply