facebook

Zərdabda çayda meyit tapılıb

0

Ucar rayonunda 3 gün əvvəl Göyçay çayında batan 11 yaşlı uşağın meyiti tapılıb.

Səid Zülfüqar oğlu Həsənovun meyiti ötən gün axşam saatlarında batdığı yerdən 35-40 kilometr aralıda, Zərdab rayonu ərazisində aşkarlanıb.

Qeyd edək ki,  hadisə iyunun 23-də gündüz saatlarında baş verib. Ucar rayonunun Rəstəcə kənd sakini, 11 yaşlı Səid Zülfüqar oğlu Həsənov yoldaşları ilə birlikdə Göyçay çayının rayonun  Qulabənd kəndindən keçən hissəsində çimərkən suda boğulub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə mərkəzinin əməkdaşları cəlb olunub.

Share.

About Author

Leave A Reply