Zərdabda evdə partlayış olub, 3 nəfər xəsarət alıb

0

Zərdab rayonunda evdə partlayış olub.

DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 20-də saat 20.00 radələrində Zərdab rayonunun Məlikli kəndində yaşayan Habil Qasımovun evinin mətbəxində təbii qazın sızmasından ani partlayış baş verib.

Nəticədə mətbəxin şüşələri sınıb, ev sahibinin oğlu Turqut, qohumları Yeganə Manaflı və onun nəvəsi Adəm Manaflı yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Share.

About Author

Leave A Reply