facebook

Zərdabda gənclərlə bağlı yeni layihənin icrasına başlanılıb

0

“Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 25.07.2017-ci il tarixdən “İctimai nəzarətin təşviqində gənclərin rolunun artırılması məqsədi ilə tədbirlərin təşkili” layihəsinin icrasına başlayıb.
Zerdab.com saytına verilən məlumata görə, layihə ictimai nəzarətin təşviqində gənclərin rolunun artırılması məqsədini güdür: “Bildiyiniz kimi, ictimai nəzarət-sosial nəzarətin kütləvi növüdür. Gənclər də cəmiyyətin aparıcı qüvvəsidir. Deməli, bu istiqamətdə gənclərin rolunun artırılmasına nail olmaq layihə icra olunan regionda səffaflıqın təmin olunmasına xidmət edəcək, eyni zamanda “İctimai iştirakçılıq haqqında” qanunun icrasına töhfə verilmiş olacaq”.

Layihə Zərdab və Ucar rayonlarını əhatə etməklə 3 ay müddətinə icra olunacaq. Layihə zamanı təqdimatlar, görüşlər və təlimlər keçiriləcək.

Share.

About Author

Leave A Reply