facebook

Zərdabda Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə tədbirlər keçirilib – FOTOLAR

0

Zərdabda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. “Zerdab.com” saytı xəbər verir ki, ümummilli liderin adını daşıyan parkda təşkil edilən məktəblilərin əl işlərindən ibarət sərgi və divar qəzetləri maraqla izlənilib. Təşkil olunmuş “Kitab bayramı” da böyük marağa səbəb olub. Kitab sərgisində 180 adda 1100 nüsxədən çox əsər nümayiş olunub. Müstəqil dövlətimizin banisi Heydər Əliyevə həsr edilmiş kitablar, klassik və müasir ədəbiyyat nümunələri, müasir Azərbaycanın uğurlarından bəhs edən jurnallar maraqla qarşılanıb. Zərdablılar yerli incəsənət ustalarının təqdim etdikləri konsert proqramını da alqışlarla qarşılayıblar.
Bu əlamətdar gündə rayonda sosial və istehsal təyinatlı obyektlər də istifadəyə verilib. 35 yerlik İsaqbağı kənd körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması sevinclə qarşılanıb. Zəruri ləvazimat və avadanlıqlarla təchiz edilən təlim-tərbiyə ocağının qrup və yataq otaqlarında nümunəvi şərait yaradılıb. Bağçanın açılış mərasimində Zərdab Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev körpələri, valideyn və tərbiyəçiləri təbrik edib. Bildirib ki, son illər rayonda yeni məktəb binalarının, uşaq bağçalarının tikilməsi və ya əsaslı təmiri dövlətin təhsilə qayğısının bariz nümunəsidir. Sonda körpələr evində yaradılan şəraitlə tanışlıq olub.
Rayonda Süd emalı müəssisəsi də istifadəyə verilib. Sutkalıq gücü 20 ton olan “Ram Süd” MMC-nin süd emalı müəssisəsində 100 nəfərə qədər insan daimi işlə təmin ediləcək. Burada postizator, çeferator, süd bişirmə tankları-qazanları, süd soyutma tankları, ayran və qatıq aparatları, soyuducu, nehrə, kəsmik qazanları, kəsmik üçün baraban, qablaşdırıcı, termost və digər avadanlıqlar quraşdırılıb. İstehsal olunan məhsulların daxili bazara çıxarılması planlaşdırılıb. Təsisçi Roman Səfərov bildirib ki, müəssisə qurularkən dövlət dəstəyindən yararlanıb. Lizinq yolu ilə bir milyon manat dəyərində avadanlıq alınıb. Tədbirdə çıxış edən Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev bu əlamətdar hadisə münasibətilə bütün rayon sakinlərini təbrik edib. Müəssisənin açılışından sonra iş fəaliyyəti ilə tanışlıq olub.
Eyni zamanda Zərdab rayonunun idarə, müəssisə və təşkilatlarında çalışan 620 nəfər sakin Zərdab-Ucar avtomobil yolunun kənarlarında ağacəkmə kampaniyasında iştirak ediblər. Kampaniya çərçivəsində 2800 ədəd qovaq, çinar, eldar şamı, göyrüş, söyud, sərv və sair ağaclar əkilib. Yeni və mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Share.

About Author

Leave A Reply