Zərdabda Hüquq Firması fəaliyyətə başlayıb: hüquqi xidmətlərdən yararlanın

1

Zərdab rayonunda “MM LEGAL SERVİCES” MMC Hüquq Firması fəaliyyətə başlayıb. Bu barədə Zerdab.com saytına Hüquq Firmasının təsisçisi – hüquqşünas Mələkxanım Məmmədli məlumat verib. Mələkxanım Məmmədli bildirib ki, Hüquq Firması bütün növ hüquqi problemlərin həlli üçün vətəndaşlara xidmət göstərməkdədir: “Firmamızın hüquqşünasları Zərdab rayonundan başqa, regionlarda, həmçinin Bakı şəhərində də fəaliyyət göstərməkdədir. Hüquq Firması yeni fəaliyyətə başlasa da, burada uzun müddətdir fərdi olaraq insanlara hüquqi yardım göstərən, peşəkar hüquqşünaslar çalışırlar”.

“MM LEGAL SERVİCES” MMC Hüquq Firması – nikahın pozulması, aliment tələbi, alimentin azaldılması, artırılması üzrə məhkəmə proseslərində iştirak, təmsilçilik və hüquqların qorunması, əmlak bölgüsünə dair digər mübahisələr üzrə məhkəmədə hüquqların müdafiə olunması, əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi, eləcə də ər-arvad arasında birgə nikah dövründə əldə olunan əmlakın bölgüsü, mülki mübahisəli işlər üzrə maraqların məhkəmədə qorunması (iddiaçı və ya cavabdeh, hüquqi və ya fiziki şəxslər, məhkəməhən kənar və məhkəmə qaydasında), səlahiyyətli dövlət orqanlarına ərizə və şikayətlərin yazılması, ərizə, şikayət, vəsatətlərlə aidiyyəti orqanlara rəsmi müraciət olunması, sorğuların göndərilməsi, daşınmaz əlak üzrə (torpaq, ev, qeyri-yaşayış sahəsi, mənzil, bağ və.s) sahəsində hüquqi xidmətlər göstərilir. Bundan başqa Hüquq Firması cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş maddi-mənəvi zərərə görə məhkəmə qaydasında kompensassiyanın alınması, vərəsəlik məsələlərinin səlahiyyətli orqanlar və məhkəmədə həlli, borc tələbinə dair mübahisələr, bütün növ müqavilələrin tərtib edilməsi və müştəri tərəfindən verilən müqavilələrin hüquqi təhlil olunması və rəyin verilməsi, müqavilə öhdəlikləri üzrə müvafiq sənədləşmələrin aparılması və məhkəmələrdə maraqların qorunması, kommersiya mübahisələrinin qanunvericiliyə uyğun həll edilməsi, korporativ mübahisələr, vergi, miqrasiya və s. dövlət orqanları ilə mübahisələrin məhkəmə qaydasında aparılması, müəllif hüquqlarının qorunması, əmək hüquqlarının qorunması, digər hüquqi məsələlər üzrə birinci instansiya və apellyasiya məhkəmələrində, Ali Məhkəmədə, Konstitusiya Məhkəməsində və digər orqanlarda hüquqların müdafiəsi və s. kimi hüquqi xidmətlər göstərir.

Hər hansı hüquqi problemlərin həlli üçün vətəndaşlar (055) 848-52-72, (050)-448-52-72, Bakı şəhəri – (051) 823-57-53, (055) 294-00-40 nömrələri və mmlegalservices@mail.ru e-mail adresi vasitəsi ilə əlaqə saxlaya bilərlər.

“MM LEGAL SERVİCES” MMC Hüquq Firması həmçinin onlayn hüquqi xidmətlər həyata keçirir. Hər hansı bir sualla bağlı – Meleklerle Huquq Xidmeti adlı “facebook”, @mm_legalservices adlı “İnstagram” və “WhatsApp” sosial şəbəkələri vasitəsi ilə insanlara yardımçı olmağa məmnun olarıq”,-deyə hüquqşünas Mələkxanım Məmmədli Zerdab.com saytına bildirib.

Zerdab.comhuquq-zerdab1huquq-zerdab2

Share.

About Author

1 Yorum

  1. мелеклер гойдедир on

    десене озуне умач ова билмейенлер башгасына ериште кесечек

Leave A Reply