facebook

Zərdabda ictimai nəzarətlə bağlı layihənin təqdimatı olub – FOTOLAR

0

 

“Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 25.07.2017-ci il tarixdən “İctimai nəzarətin təşviqində gənclərin rolunun artırılması məqsədi ilə tədbirlərin təşkili” layihəsinin icrasına başlayıb. Birlikdən Zerdab.com saytına verilən məlumata görə, Zərdab Rayon Mədəniyyət Evinin foyesində layihənin təqdimatı keçirilib. Öncə layihənin rəhbəri, “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov çıxış edərək layihə barədə tədbir iştirakçılarına məlumat verib. Sonra layihənin təlimçisi, Zərdab rayon Çallı kənd tam orta məktəbinin tarix müəllimi Babək Mikayılov layihənin təlim materialları barədə iştirakçılara məlumat verib. Zərdab Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov çıxışında tədbirin əhəmiyyətindən və təşkilatın gördüyü işlərdən danışıb. Tədbir iştirakçılarından Zərdab şəhər Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova və “Əkinçi” qəzetinin müxbiri Tərlan Abdullayeva da çıxış ediblər. Tərlan Abdullayeva çıxışında layihə rəhbərinə və təşkilatçılarına xitabən – “Həsən bəy Zərdabi də gənclərlə təbliğat işləri aparardı. Sizlər onun varislərisiniz”, deyə bildirib. Həmçinin, tədbirdə iştirak edən fəal gənclərdən Dəkkəoba kənd tam orta məktəbinin direktor əvəzi, Azərbaycan dili və ədəbiyyat müəllimi, “Hədəf” kursu Zərdab təmsilçiliyində müəllim Səlim Zeynalov və aktiv gənc Vəfa Xəlilli layihənin uğurlu olacağını bildirərək, belə tədbirləri təşkil etdikləri üçün layihə rəhbərinə öz təşəkkürlərini bildiriblər.

Tədbir iştirakçılarına bukletlər, təlim materialları paylanılıb və sonda iştirakçılar çay, kofe süfrəsinə dəvət olunublar.

Qeyd edək ki, layihənin məqsədi ictimai nəzarətin təşviqində gənclərin rolunun artırılmasından və dövlət və hökumət qərarlarının qəbul olunmasında gənclərin iştiraklarının təmin olunması istiqamətində maarifləndirici işlərin aparılmasından ibarətdir.

Zerdab-gencler

Share.

About Author

Leave A Reply