facebook

Zərdabda kriminal aləm “təmsilçisi” saxlanılıb – FOTO

0

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları quldurluq etmiş şəxsi həbs edib.

Zerdab.com saytının xəbərinə görə, Ucar rayon Qarabörk kənd sakini Əliyev Əlvan Xaləddin oğlu Zərdab Rayon Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin onu bıçaqla hədələdiyini bildirib.

Zərdab polisinin dərhal keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxs isti izlərlə yaxalanıb. İstintaq zamanı onun Ağcabədi rayonu Qaradolaq kənd sakini Ehtiram Balakişiyev olduğu müəyyənləşib.

Araşdırmalar zamanı məlum olub ki, o, əvvəllər Azərbaycan Respublikası Cinayət Məsəlləsinin (CM) 181.3.3, 29.120.2.5 və 29.120.2.11-ci maddələri ilə məhkum olunub və kriminal aləmdə “Edik Ağcabədinski” ləqəbi ilə tanınıb.

Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı onun cibindən 1 ədəd bıçaq və 135 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məsəlləsinin 134 və 234.1-ci maddələri ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, 33 yaşlı E. Balakişiyev 13 il həbsxana həyatı yaşayıb.

Share.

About Author

Leave A Reply