“Zərdabda mədəniyyət şöbəsində çalışanlar maaşlarını ala bilmir”

7

 

Zərdab Rayon Mədəniyyət Şöbəsində çalışanlar bir neçə aydır maaşlarını ala bilmirlər. Bu barədə Zerdab.com saytına şöbənin adının çəkilməsini istəməyən işçisinin şikayətində bildirilib. Onun sözlərinə görə, işçilərə maaşlarının 2017-ci ilin yanvar ayında veriləcəyi deyilib: “Zərdab Rayon Mədəniyyət Şöbəsinin işçiləri oktyabr ayı daxil olmaqla hələ də maaş almırlar. Keçən il də bu problemi yaşatdılar işçilərə, indi də. Bu günlərdə şöbənin müdiri Ürfan müəllim bildirib ki, maaş yanvar ayında veriləcək, ancaq sadəcə yanvar ayının maaşı. Bu nə deməkdir? Neçə aydır get-gələ salınır işçilər. Krediti olanlar, ailə saxlayanlar, borcu olanlar var. Bu nə deməkdir? Xahiş edirəm, bu yazdıqlarımı paylaşın. Belə getsə, Prezidentə məktub yazacağam”.

Şöbənin işçisi bildirib ki, ötən il noyabr-dekabr aylarında da belə bir problem yaşanıb və həll ediləcəyi vəd edilib: “Həmin ayların maaşı bu ilin yanvarında verildi və bizə dedilər ki, bu il ixtisarlar aparıb bu problemi həll edəcəyik. Ancaq eyni problem yenə də yaşanır”.

Məsələ ilə bağlı Zərdab Rayon Mədəniyyət və Turizm Şöbəsinin də mövqeyini işıqlandırmağa hazırıq.

Zerdab.com

Share.

About Author

7 yorum

  1. Tamamilə doğrudur.Üç aydır maaş üzünə həsrətik.Bu çətin zamanda az maaşla dolanan biz yazıqlar borc içində üzürük.Maaş almadığımız üçün mağazalardan bizə nisyə ərzaq vermirlər.Banklar bizi məhkəmə ilə hədələyir.Hamı yeni ilə hazırlaşır.Biz isə hələdə gözləyirik.Bu işə cavabdeh şəxslərdən cavab gözləyirik.

  2. Tamamilə doğrudur.Üç aydır maaş üzünə həsrətik.Bu çətin zamanda az maaşla dolanan biz yazıqlar borc içində üzürük.Maaş almadığımız üçün mağazalardan bizə nisyə ərzaq vermirlər.Banklar bizi məhkəmə ilə hədələyir.Hamı yeni ilə hazırlaşır.Biz isə hələdə gözləyirik.Bu işə cavabdeh şəxslərdən cavab gözləyirik.

  3. kitabxançılara dəstək on

    Hami bayram edir,kitabxanaçılar isə 2018-ci ilin yeni ilinə hazırlaşır.2017nin maaşından əllərini üzüblər. Əgər ki 2017-ci ilə aclığdan ölməyib keçə bilsələr onlara bir ad verilməlidi fəxri ad…Güllə çiçəklə qarşılayacağıq sizi əziz kitabxanaçılar 2017də)))siz necədə böyük dözümlü insanlarsınız.

  4. Urfan muellime eşq olsun sizlere de ayib olsun. Bilmiyib yazirsiz. Size ezrail lazimdi yaxsiliqdan qanan deyilsiz

  5. Anoloqu olmayan inkişaf etmiş ölkəmizdə,söz azadlığından danışmaq olarmı?Əgər doğrudanda söz azadlığına bənzər nəsə varsa,onda bu aylarla əmək haqqı ala bilməyənlər, niyə maaşlarını öz adları ilə istəyə bilmirlər?!Adamın böğazının çörəyini kəsirlər,adam deyir ki,mənim adım olmasın,çörəyimi kəsirlər.
    Mən elə başa düşürəm ki,H.Zərdabi Nikolayın dövründə müstəqil qəzet buraxa bilibsə,indi söz azadlığı həmin vaxtakından betərdir.Necə yəni,3 ay əmək haqqı almayan adam,mətbuata deyə bilmir ki,”mən 3 aydır əmək haqqı almıram”.Bu Zərdabda,eləcə də,Azərbaycanda söz azadlığının göstəricisidir.Adamın əmək haqqını vermirlər-vermirlər,imkan da vermirlər ki,desin ki,”əmək haqqımı vermirlər”.

Leave A Reply