facebook

Zərdabda Qarabağ əlilinin obyekti bağlanıb – MÜRACİƏT

0

Zərdab rayon sakini, 2-ci qrup Qarabağ müharibəsi əlili Ziya Osmanov Zerdab.com saytına zəng vururaq, üzləşdiyi problemin ictimailəşdirilməsini xahiş edib. Dediyinə görə, ona məxsus olan obyektə kanalizasiya suları axdığından bərbad hala düşüb və bağlamalı olub: “Zərdab rayonunda mənə məxsus olan çayxananı işlətməklə ailəmi dolandırırdım. Lakin kanalizasiya suyu çayxanama axdığı üçün 3 ildir ki, fəaliyyətimi dayandırmalı olmuşam. Hətta obyektimi kosmetik təmir edib yenidən işlətməyə çalışsam da, kanalizasiya suyu səbəbindən yenidən bağlamalı oldum. Hazırda heç bir yerdə işləmirəm, ailəmi dolandırmaq üçün heç bir gəlir yerim yoxdur”.

Ziya Osmanov bildirib ki, problemlə əlaqədar Zərdab Rayon İcra Hakimiyyətinə də müraciət edib. Qarabağ Əlili deyib ki, himayəsində 2 azyaşlı övladı var: “Bu yaxınlarda intihara cəhd etdim, amma qarşısı alındı. Bir neçə gün sonra mənə zəng vurub dəvət etdilər, düşündüm ki, yəqin problemi həll etmək istəyirlər. Amma məni çağırıb soruşdular ki, səni kim öyrədir? Təəccüb elədim ki, mən nə deyirəm, bunlar nə soruşur? Məni heç kim öyrətmir, öyrədə də bilməz. Uşaq deyiləm ki, kimsə məni öyrədə. Mən istəyirəm ki, kanalizasiya sularının bərbad hala saldığı obyektim istifadəyə yararlı hala gətirilsin. Ondan sonra çayxanamı açıb, ailəmi dolandıracağam. Mənim istəyim budur, heç kimlə qərəzim yoxdur. Ümid edirəm ki, müraciətim nəzərə alınacaq”.

 

Share.

About Author

Leave A Reply