Zərdabda “Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirildi

0

1 aprel 2017-ci il tarixdə Gəlmə kənd tam orta məktəbinin idman bazasında “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirildi. “Zerdab.com” saytına verilən məlumata görə, rayonumuzun 23 tam orta məktəbinin mübarizə apardığı birinciliyi giriş sözü ilə Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Çıxış edənlərdən Zərdab İcra Hakimiyyəti Başçısının müavini, İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Ramo Hacıyev, Zərdab rayon Təhsil şöbəsinin müdiri Lalə Əmirəliyeva “Şahin” hərbi-idman oyununun gənclərimizin hərbi vətənpərvərlik hislərinin daha da güclənməsində böyük əhəmiyyət daşıdığını qeyd edərək, birincilikdə iştirak edən komandalara uğurlar arzuladılar. Gərgin mübarizə şəraitində keçən yarışda Şəhər 1 saylı məktəb liseyi I yeri, Gəlmə kənd tam orta məktəbi II yeri, Şəhər 3 saylı tam orta məktəbi III yeri tutdu. Birincilikdə I, II və III yeri tutmuş komandalara diplom və hədiyyələr, eyni zamanda müxtəlif mərhələlər üzrə fərqlənmiş komandalara diplomlar təqdim olundu. 25 aprel 2017 –ci il tarixdə Kürdəmir rayonunda keçiriləcək zona birinciliyində rayonumuzu təmsil etmək hüququ qazanan Şəhər 1 saylı məktəb liseyin komandasına uğurlar arzu edirik.

Share.

About Author

Leave A Reply