Zərdabda Xocalı faciəsi yad edildi – fotolar

3

Zerdab-tedbirZərdab şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı qurbanlarının 21-ci ildönümünə həsr olunmuş “Xocalı harayı” ədəbi-bədii gecə keçirilib. www.zerdab.com saytına verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Xocalı şəhidləri başda olmaqla, torpaqlarımız uğrunda şəhid olan bütün həmvətənlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Nailə Əliyeva açaraq Xocalı soyqırımı haqqında geniş məlumat verib. O, bildirib ki, o gecə mühasirəyə alınan Xocalıda qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.

Daha sonra faciə haqqında Mərkəzin əməkdaşı Alagöz Namazovanın və Əlibəyli kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aliyə Rüstəmovanın məruzələri dinlənilib.

Tədbirdə “Xocalı faciəsi” adlı kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Xocalı soyqırımına aid videolent də nümayiş olunub. 

www.zerdab.com

Zerdab-tedbirZerdab-tedbir

Share.

About Author

3 yorum

  1. 26-fevral Xocali faciesi yox Azerbaycanin en agir itkilerle yaddaslardan silinmeyen faciesidir.Ne qeder yazsaq da azdir.Allah butun sehidlerimize qeni-qeni rehmet eylesin.

Leave A Reply