Zərdabın Aşağı Seyidlər və Şahhüseynli kəndlərinə təbii qaz verildi

0

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Zərdab rayonunun Aşağı Seyidlər və Şahhüseynli kəndlərinə “mavi yanacaq” verilib. Zerdab.com saytı xəbər verir ki, ümumilikdə, 481 abonentin olduğu yaşayış məntəqələrinin qazlaşdırılması üçün müxtəlif diametrli 46219 metr daşıyıcı və paylayıcı xətt çəkilib.

Yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi ilə əlaqədar dekabrın 28-də Aşağı Seyidlər kəndində açılış mərasimi keçirilib.

Mərasimdə rayon icra hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Qurban Mehdiyev iştirak edib.

Qeyd olunub ki, artıq rayonun 35 yaşayış məntəqəsi qazlaşdırılıb. Təkcə bu il 13 kəndə qaz xətti çəkilib.

Mərasimdə kənd sakinləri adından Sənayə Mustafayeva çıxış edib.

Sonda rəmzi məşəl alovlandırılıb, kəndlərə təbii qaz verilib.

Zerdab.com

Share.

About Author

Leave A Reply