facebook

Zərdabın belə oğulları da var: Rusiya rekordçusu Nicat Mustafazadə – VİDEOLAR

11

Mustafazadə Nicat Davud oğlu 1991-ci il fevral ayının 11-də anadan olub. 1997-ci ildə Zərdab rayonunun Məlikli kənd orta məktəbində 1-ci sinfə gedib. Üçüncü sinfi bitirdikdən sonra ailəsi ilə birgə Rusiya Federasiyasının Tomsk vilayətinin Sterejevoy şəhərinə köçüb. Nicat Mustafazadə hazırda peşəkar idmançıdır və doğma vətənimizi, rayonumuzu Rusiyada şərəflə təmsil edir.

Nicat Mustafazadənin ailə üzvlərinin Zerdab.com saytına verdikləri məlumata görə, hazırda o, Tomsk Dövlət Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alır, 4-cü kurs tələbəsidir. Nicat peşəkar idmançı olmaqla yanaşı, həm də dərs əlaçısıdır.

Nicatın uğurlarına keçməmişdən öncə qeyd edək ki, onun atası və qardaşı da idmançıdır. Belə ki, Zərdab rayonunun Məlikli kəndindən olan atası Davud Mustafayev 1981-ci ildə 90 kiloqram çəki dərəcəsində Yunan-Roma güləşi (klassik güləş) üzrə Azərbaycanın I spartakiadasının çempionu olub.

Nicatın qardaşı Müqəddəs Mustafazadə də idmançıdır. Atasının dediyinə görə, Nicat məhz Müqəddəsin idman uğurlarından ruhlanaraq bu sahəyə maraq göstərməyə başlayıb. Müqəddəs Mustafazadə Rusiya idman ustalığına namizəddir. M. Mustafazadə göstərdiyi nəticə ilə Rusiyanın idman ustası normativini tam ödəyib. Onun məşqçisi İvan Petroviç Ritvinski olub. Nicat Mustafazadə də həmin məşqçinin yanında 2005-ci ilin yanvarından məşq etməyə başlayıb. 2009-cu ilin fevralında paurliftinq (ağırlıqqaldırma) üzrə Rusiyanın idman ustası normasını ödəyib. Həmin ilin iyun ayının 22-26-ı tarixlərində Rusiya birinciliyində ilk üçlüyə düşüb.

Hazırda uğurları ilə qürur duyduğumuz Nicat Mustafazadə Rusiya yığma komandasının üzvüdür. Nicatın uğurları bununla da yekunlaşmır – o, Avropa birinciliyinin bürünc mükafatçısıdır.

Nicat 23 yaşına qədər idmançılar arasında öz çəkisi üzrə – 105 kiloqrama qədər çəki dərəcəsində Rusiya rekordçusudur.

O, sonuncu dəfə bu il fevral ayının 10-da 260 kiloqram nəticə ilə Rusiyanın Sibir bölgəsi üzrə 150 idmançı arasında qalib olub.

Qarşıda Nicatı böyük yarışlar gözləyir. Belə ki, mart ayında keçiriləcək Rusiya çempionatına hazırlaşır. İyun-iyul aylarında isə onu daha ağır bir sınaqlar – Avropa və dünya birincilikləri gözləyir. Qəhrəmanımız bu yarışlara məsuliyyətlə və həvəslə hazırlaşır.

Əlbətdə, bizim hər birimiz istərdik ki, belə bir güclü idmançı Rusiyanı deyil, doğma Azərbaycanımızı təmsil etsin. Nicatın atası Davud Mustafayev www.zerdab.com saytının bununla bağlı sualını cavablandırıb. D. Mustafazadə deyib: “2009-cu ildə Azərbaycanın idman nazirliyinə müraciət etdik ki, 18 yaşlılar arasında Braziliyada keçiriləcək dünya birinciliyində Nicat Mustafazadə ölkəmizin təmsilçisi kimi iştirak etsin. Ancaq o zaman bu sahə üzrə Federasiyanın prezidenti bizə bildirdi ki, Nicat öz hesabına bu yarışda 2-3 dəfə iştirak etsin və dünya çempionu olsun, sonra baxarıq”.

Əlbətdə, federasiya rəsmisinin bu gözlənilməz cavabı onları qane etmir.

Nicat hələ gəncdir və bu baxımdan onun uğurlarının irəlidə olduğunu düşünmək olar. İnanırıq ki, Azərbaycan bayrağı altında yarışlara qatılsa, ölkəmizə böyük qələbələr gətirər. Ümid edək ki, bir gün onu Azərbaycan təmsilçisi kimi də beynəlxalq yarışlarda görmək hər birimizə nəsib olacaq.

Zerdab.com

 

Share.

About Author

11 yorum

  1. Allah seni qorusun ay Nicat qağa. İnşallah, yeni-yeni uğurlarını gözleyirik. Hamımız seninleyik…
    Adaşın.

  2. Meqaleni oxudum carxlari da hemcinin izledik.Hemyerlimizin bu cur ugurlari bize qol-qanad verir.Davamli olsun.Sayta tes-r bu cur melumatlar ucun.Yazan elleriniz var olsun.

  3. ISAMEDDIN AHMEDOV on

    Allah qorusun ay Davud qardashim! Nicat atasina chekib. Sen mence SSRI chempionu Viktor Avdishevin kureyini yera vurub chempion olmusdun. Allah quvvet versin qardash!

  4. SUSEN ZERDABLI on

    Uqurlar dileyirem uqurlari cox olsun bizde baxaq fexr edek inwaAllah.
    InwaAllah boyuk uqurlarla Azerbaycanimizin bayraqini ucaldar buna umud edek.

  5. RAMIN CAVADOV on

    HEQIQETEN FEXR ETMEYE DEYER.QARDASH UQURLARIN DAVAMLI OLSUN INSHALLAH.

  6. AHLI BEYIT A... YALAN DUNYA ... on

    INWALLAH UGURLARI BOL OLSUN ,FEXRIMIZDI , ALLAH HER ZAMAN YARDIMCI OLSUN AMIN ,BELA INSANLARIN SAYI COX OLSUN ZERDABDA BIZLARDA WAD OLAQ EWIDANDA

  7. Böyük uğurdur.Bu daha böyük uğurların başlanğıcıdır.Şəxsən tanımasam da,iradəli,mərd , mətin və vətənpərvər oğlan olmağına şübhə yeri qalmır.Atası Davuda belə oğul yetişdirdiyi üçün çox sağ ol deyirəm və oğlunun daha böyük uğurlarının sevincini yaşamasını arzulayıram.
    Amma mən diqqətı başqa məsələyə yönəltmək istərdim.Azərbaycandan onun Azərbaycanı təmsil etmək təklifinə verilən cavaba diqqət edin:-“Nicat öz hesabına,bu yarışda 2-3 dəfə iştirak etsin,dünya çempionu olsun,sonra baxarıq”
    Milyonlarla pul verib dəfələrlə aşağı ranqlı əcnəbi idmançıları ölkəmizə gətirənlərin öz halal və hazır idmançısına verdiyi cavabı izah edə bilən varsa yazsın…

Leave A Reply