facebook

Zərdabın yetirməsi – Azərbaycanın tanınmış uşaq həkimi İman Məmmədov

1

 

Məmmədov İman Məlik oğlu 1941-ci ildə Zərdab rayonunun Aşağı Seyidlər kəndində anadan olub. İlk təhsilini qonşu Əlvənd kəndində alıb. 1958-ci ildə Azərbaycan Tibb İnstituna daxil olub, 1964-cü ildə həmin institutu müvəffəqiyyətlə başa vuraraq həkim kimi fəaliyyətə başlayıb. Zerdab.com saytı bildirir ki, Ucar Rayon Uşaq Xəstaxanasında 45 il baş həkim işləyən İman həkim, hazırda həmin rayonda yaşayır və körpələrin sağlamlığının keşiyində fəaliyyətini davam etdirir. İman həkim həm də yazı-pozu adamıdır. İndiyə qədər “Gileyim qalıb” və “Dəyişən dünyamız” adlı iki şeirlər kitabı çapdan çıxıb, bir neçə şeirinə mahnılar bəstələnib.

İman həkim doğma rayonumuzda da savadlı həkim kimi çox yaxşı tanınır və uşaqların şəfa tapmasında həmişə öz bilik və bacarığını əsirgəməyib. Zerdab.com saytı olaraq dəyərli həmyerlimizə uzun ömür, cansağlığı, ailə səadəti diləyir, həm həkim kimi, həm də ədəbi sahədə bundan sonra da səmərəli işlər görməyi arzulayırıq.

Rəisin dərdi

Bir zamanlar rəis idim,

Sanardılar qaya məni.

Hər ay qonaq edərdilər,

Neçə şirin paya məni.

***

Sağlığıma içərdilər,

Canlarından keçərdilər.

Masabəyi seçərdilər,

Şənliklərə, toya məni.

***

Lövbər salıb Kür üstündə,

Neçə əmlik yedik gündə.

Keçirdilər çiyinlərdə,

Bu taydan o taya məni.

***

Artıq yoxdur bir vəzifəm,

Məni üzüb kədərlə, qəm.

”Dostlarımı” itirmişəm

Salan yoxdur saya məni.

***

Adım qalıb çox deyinən,

Sirdaş olmuşam meyinən.

Deyirlər ki, kütbeyinəm,

Sanırlar bir paya məni.

***

Yox olubdur, itib şöhrət,

Qalmayıbdır xətir-hörmət.

Arvad evdə qoyub həsrət

Mürəbbəli çaya məni.

*****************************************************************************************************

Şirvana gəlsin

Deyin qürbət eldə şair dostuma,

Gül-çiçək dərməyə Şirvana gəlsin.

Qohumun, tanışın, dostun adına,

Bir çələng hörməyə Şirvana gəlsin.

***

Görəcək burada halal zəhməti,

Gələn qonaqlara olan hörməti,

Ələkbər Sabiri, Abbas Səhhəti,

Ziyarət etməyə Şirvana gəlsin.

***

Torpağa can verir burda Kür çayı,

Qırqovul, turacın bilinmir sayı.

Dövlət qoruğunu – Türyan çay boyu,

Dolanıb gəzməyə Şirvana gəlsin.

***

Nəsimi bu yurdun mərdlik simvolu,

Həsən bəy Zərdabi bir doğma oğlu,

Xaqani, Həbibi gəzdiyi yolu,

Axtarıb sormağa Şirvana gəlsin.

***

Burda əsrlərdən neçə iz qalıb,

Düma bu yerləri gəzib-dolanıb.

Seyid Əzim yurduna bir nəzər salıb,

Həm ilham almağa Şirvana gəlsin.

***

Göydələn çinarlar düzülüb cərgə,

Göylərə söyləyir sirrini bəlkə.

Bu yurdun şəninə İmanla birgə,

Bir inci düzməyə Şirvana gəlsin.

Zerdab.com

Share.

About Author

1 Yorum

  1. Dayday dogum gunun mubarek olsun.Heyat senin kimi insanlari cox az hallarda yetisdirir.Allah canini saglam, omrunu uzun elesin.Dunya durduqca durasan.

Leave A Reply