facebook

Zərdablı taxılçılar rayon tarixində ən yüksək göstəriciyə nail olublar

0

Zərdab rayonunda taxıl biçini kampaniyası başa çatıb.

Zerdab.com-un xəbərinə görə, Rayon icra hakimiyyətindən bildirilib ki, zəmilərdən, ümumilikdə, 58 min 822 ton taxıl biçilib. Bu da rayon tarixində ən yüksək göstəricidir. Hər hektardan 31 sentner buğda, 27,4 sentner arpa əldə olunub. Orta məhsuldarlıq 29,8 sentner təşkil edib. Rayonun daha çox taxıl əkilən Bəyimli qəsəbə, Çallı, Körpükənd, Alıcanlı, Məlikli və bir sıra digər ərazi vahidlərində taxılçılar daha yaxşı göstəriciyə nail olublar.

Qeyd edək ki, cari ilin məhsulu üçün rayonda 19 min 753,5 hektarda taxıl, o cümlədən 13 min 10 hektarda buğda, 6 min 743,5 hektarda arpa yetişdirilib.

Share.

About Author

Leave A Reply