SAYT HAQQINDA

Zerdab.com haqqında

Zerdab.com saytı 2010-cu ilin son aylarında təsis olunub. Saytda tarixi yazılarla yanaşı, xəbərlər də yer alır. Sayt müxtəlif bölmələrdən ibarətdir. Bölmələrdə kəndlərimizin tarixi, ziyalılarımızın həyat və fəaliyyətləri, müsahibələr, məlumatlar yer alır. 

XXI əsr kompyuter əsridir, internet isə zamanın tələbidir. Bu saytı yaratmaqla biz rayonumuzun zamanın tələbi ilə ayaqlaşmasına nail olmaq və bu sahədəki boşluğu doldurmaq qərarına gəldik.
Azərbaycanda internet istifadəçilərinin sayı günbəgün artır. Yaxın bir neçə ildə onların sayının daha da artacağı gözlənilir.

Bu gün Zerdab.com saytının minlərlə oxucusu var. Bu gün Zerdab.com saytı Zərdab rayonunun ictimai və siyasi həyatında böyük rola malikdir.

Saytımız bu müddət ərzində insanların inamını, etibarını, hörmətini qazanıb. Biz Həsən bəy Zərdabi yurdunun övladları olaraq bundan sonra da onun adını daim yüksəklərdə tutacağıq və bizə olan etimadı doğrultmağa çalışacağıq.

Sonda bir məqamı da qeyd etməyimiz yerinə düşər: Zerdab.com saytının adından kimlərinsə şəxsi məqsədləri üçün istifadəsi qətiyyən yolverilməzdir! Bu, qanunvericiliklə hüquqi məsuliyyət yaradır.
Saytımız hər bir şəxsin üzünə açıqdır və əməkdaşlığa hazırıq. Əgər Zerdab.com saytı ilə bağlı hansısa fikriniz, təklifiniz varsa, bizimlə əlaqə saxlaya bilərsiniz.

Telefon: 070 228 22 93