Ötən gecə ən müqəddəs gecələrdən biri idi

1
60

meracÖtən gecə müsəlman aləmində ən müqəddəs gecələrdən biri olan Merac gecəsi idi. Merac hadisəsi hicrətdən 10-17 ay öncə, yəni təxminən 620-21-ci ildə Rəcəb ayının 27-ci gecəsi baş verib və ən böyük möcüzələrdən biridir. Həmin gecə Həzrəti Məhəmməd (s.ə.s.) Məkkədən Qüdsə aparılmış, oradan isə Allah-Təalanın Uca Dərgahına yüksəldilmişdir. Bu misilsiz səfərin birinci hissəsi, yəni Məkkədən Qüdsə qədər olan hissəsi dini ədəbiyyatda “İsra”, yəni “gecə yolçuluğu” adlanır. 

Qurani-Kərimdə bu adda surə də yer almaqdadır. Merac “uruc” sözündən əmələ gəlmişdir, mənası yüksəlmə, yüksəliş vasitəsi, nərdivan anlamına gəlir. Qurani-Kərimdə bu haqda bəhs edilməkdədir. Ayələrdə də bildirildiyi kimi, Rəsulullah (s.ə.s.) gecə ilə Məkkədən Qüdsə aparılmış, oradan da Allah-Təalanın yüksək məqamına yüksəldilmişdir. Rəsulullaha bu səfər zamanı Cənnət də, Cəhənnəm də göstərilmişdir. Göyün qatlarını keçərkən Onun digər peyğəmbərlərlə görüşdüyü də söylənilməkdədir.

Səhəri gün Rəsulullah Merac hadisəsini danışarkən bəzi müşriklər onu imtahan etmək istədilər. Qüdsdəki məscidin əlamətlərini soruşdular, Rəsulullah (s.ə.s.) hər şeyi olduğu kimi söylədi. Hələ, üstəlik, Qüreyş karvanını yolda gördüyünü də və o karvanın nə zaman Məkkəyə yetişəcəyini də bildirdi. Müşriklər təəccüb içində qalmışdılar, etiraz edə bilmədilər, çünki Rəsulullah bir gün əvvələ qədər o yerlərə heç səfər etməmiş olduğu halda, indi hər şeyi ən kiçik detallarına qədər dəqiqliklə söyləyirdi. Müşriklər eşitdikləri qarşısında quruyub qalmışdılar, amma bu zavallılar öz inadlarından da dönən deyildilər. Bəzi müşriklər də Həzrəti-Əbubəkrin yanına gələrək istehza ilə deyirlər ki, sənin dostun bu cür əcaib şeylər danışır. Həzrəti-Əbubəkr bir zərrə də tərəddüd göstərmədən: “O söyləyibsə doğrudur”, – buyurur. Bu davranışından, bu təslimiyyətindən dolayı Həzrəti Əbubəkrə sıddıq, yəni inanmış, təsdiq etmiş ünvanı verilir. Əslində bu davranış hamımız üçün əsl örnəkdir.

1 comment

  1. muselman larimizi qarsidan gelen orusduk bayramlarini tebrik edirem ve hamiya dozum arzuluyuram ALLAH SIZE YAR OLSUN AMIN

Comments are closed.