Zərdabda özü olub, adı rəsmi sənədlərdə olmayan kənd…

0
2928
zerdab-rayonu.png

Zərdabın özü olub, adı rəsmi sənədlərdə olmayan kəndi… Zerdab.com xəbər verir ki, söhbət rayon mərkəzindən 20 kilometr cənub şərqdə, Şəftəhal kəndi yaxınlığında yerləşən Mehdilər adlı yaşayış məskənindən gedir. Kür sahilində yerləşən bu yaşayış yeri sənədlərdə ayrıca qeyd olunmasa da, rəsmi olaraq bir kənd kimi mövcud olmasa da, faktiki bu adda kənd mövcuddur. Burada təqribən 20 ailə yaşayır. Kəndin adının Mehdili adlanan nəslin adı ilə bağlı olduğu deyilir. Həmyerlimiz, araşdırmaçı Eldəniz Həsənov isə öz məqaləsində qeyd edib ki, bu kəndin adınının Mehdi adlı şəxsin qoyduğu bildirilir. “Mehdilər nəsli” deməkdir. “Zərdabın keçmiş yaşayış məntəqələri barədə əlimdə olan hüquqi-arxiv sənədləri, tarixi mənbələr, apardığım tədqiqatlar mənə hələ ki qısaca olaraq bildiklərimi bu qədər şərh etməyə imkan verir. Hesab edirəm ki, Zərdabın keçmiş yaşayış məntəqələrinə dair alim və ziyalılarımızın, Zərdabın bilavasitə yerli yaşlı nümayəndələrinin yaxından köməklikləri sayəsində daha geniş məlumatların əldə olunması bizə bəlli olmayan bir çox tarixi faktların üzə çıxarılmasında yardımçı ola bilər”, – deyə Eldəniz Həsənov məqaləsində qeyd edib.

Onu da qeyd edək ki, Bərdə, Cəbrayıl, Kürdəmir rayonlarında da Mehdili adlı kəndlər var.

Zerdab.com