Qeysəriyyə əməliyyatından sonra halı pisləşən 31 yaşlı qadın öldü – FOTO

0
9107
Zerdab Rayon Merkezi Xestexanasi

Göyçayda bir neçə həftə əvvəl qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən 31 yaşlı qadın paytaxtdakı klinikalardan birində dünyasını dəyişib.

Zerdab.com  “Teleqraf”a istinadən xəbər verir ki, Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın Göyçay rayonundakı tibb müəssisələrindən birində qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilib və səhhətində ciddi problem yaranıb.

Bu səbəbdən xəstə Respublika Klinik Xəstəxanasına göndərilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyati təhlükə yarada biləcəyi ilə bağlı xəbərdarlıq edib. Lakin bir neçə il sonra ikinci övladına hamilə qalan Səkinə bu hamiləliyi sonlandırmaq istəməyib.

Qeysəriyyə yolu ilə uşaq dünyaya gətirən qadının bir müddət sonra vəziyyəti pisləşib. Vəziyyəti ağır olan S.Yusifova Bakıya aparılarkən yolda komaya düşüb. Respublika Klinik Xəstəxanasına yerləşdirilsə də həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

qeyseriyye-emeliyyatindan-sonra-hali-pislesen-31-yasli-qadin-oldu