
8 Noyabr – Zəfər Günü münasibətilə Zərdab rayonunda ağacəkmə aksiyası keçirilib.
Zerdab.com-a verilən məlumata görə, aksiyada Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, şəhid ailələrinin üzvləri, yerli icra və bələdiyyə orqanlarının, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin ərazisində keçirilən aksiya çərçivəsində 200 ədəd zeytun ağacı əkilib, ağacların suvarılması təmin olunub.
Ərazidə mövcud yaşıllıqlara qulluq göstərilib və əkilən ağacların qorunması ilə bağlı müvafiq tədbirlər görülüb.









