Zərdabda iki gün əvvəl yol qəzasında xəsarət alan sürücü ölüb

0
9144

Zərdabda iki gün əvvəl baş verən yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

Zerdab.com saytı apa-ya istinadən xəbər verir ki, rayon sakini Azəri Ülvi Zahirəli oğlu müalicə aldığı xəstəxanada həyatını itirib.

Qeyd edək ki, hadisə sentyabrın 23-də rayon ərazisində baş verib. Allahqulubağı kənd sakini, 1991-ci il təvəllüdlü Azəri Ülvi Zahirəli oğlunun idarə etdiyi “Hyundai Elantra” markalı minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb.

Nəticədə sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.