Zərdabda iki avtomobil toqquşdu: Yaralıların son durumu

0
8923
qeza-zerdab-avariya

Zərdab rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Zerdab.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qoruqbağı kəndi ərazisində qeydə alınıb.

Rayon sakini 1951-ci il təvəllüdlü Cavanşir Məmmədovun idarə etdiyi “Opel Astra” markalı avtomobillə Ağdam rayon sakini 1988-ci il təvəllüdlü İsa Bəxtiyarovun idarə etdiyi “KIA Forte” markalı maşın toqquşub.

Hadisə nəticədə sürücülər və “KIA Forte”nin sərnişinləri – 1963-cü il təvəllüdlü Vidadi Bəxtiyarov və 2011-ci il təvəllüdlü Tural Bəxtiyarov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan 4 nəfər (kişi) saat 09:40-da Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Bədənin müxtəlif travmaları diaqnozları təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 1 nəfərin müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir”.

Faktla bağlı araşdırma aparılır.