Zərdabda 5 nəfərin öldüyü qəzada ağır yaralanan qadın da dünyasını dəyişdi – Xəstəxanada

0
8768
zerdab-qeza

Zərdabda altı gün əvvəl yol qəzasında xəsarət alan qadın dünyasını dəyişib. APA-nın məlumatına görə, ağır xəsarət alan Reyhan Məhəmmədova bu gün müalicə aldığı xəstəxanada ölüb. Qeyd edək ki, yol qəzası sentyabrın 8-də saat 23 radələrində Zərdab-Ağcabədi avtomobil yolunun Zərdab rayonunun Yarməmmədbağı kəndinin ərazisində baş verib. Zerdab.com xatırladır ki, həmin qəzada daha 5 nəfər dünyasını dəyişmişdi.