Zərdabda yüksək bal toplayan tələbələrlə görüş keçirilib – Foto

0
9104
Zərdab rayonu üzrə 2025-2026-cı tədris ilində Respublika Fənn Olimpiadalarında uğur qazanan və ali məktəblərə yüksək nəticələrlə qəbul olan tələbələrlə görüş keçirilib
Zerdab.com xəbər verir ki, tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Rayon Təhsil Sektorunun müdiri, Əməkdar müəllim Gülağa İsgəndərov, idarə, müəssisə və təşkilatların nümayəndələri, məktəb direktorları, müəllimlər, valideynlər və ali məktəblərə qəbul olunmuş məzunlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə Rayon Təhsil Sektorunun müdiri Gülağa İsgəndərov açıb. O, rayon üzrə təhsil sahəsində cari ildə əldə olunan nəticələr barədə məlumat verib, ali məktəblərə qəbul olaraq tələbə adını qazanan məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib.
Daha sonra çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İcra başçısı yüksək nəticə göstərən məzunların uğurlarını xüsusi qeyd edərək onların qazandıqları nailiyyətlərin həm özləri, həm ailələri, həm də rayon üçün böyük qürur mənbəyi olduğunu vurğulayıb. Məzunlara ali təhsil müəssisələrində də uğurla təhsil almaları, gələcəkdə ölkəmizin inkişafına layiqli töhfə verən mütəxəssislər olmaları arzulanıb.
Qeyd olunub ki, cari ildə Zərdab rayonunda tam orta məktəbi 439 nəfər məzun bitirib. Əvvəlki illərin məzunları ilə birlikdə ümumilikdə 202 nəfər respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olub. Onlardan 4 nəfəri 600-dən yuxarı bal toplayıb. Bundan əlavə, 18 nəfər məzun 500 baldan yüksək nəticə göstərib. Yüksək nəticə göstərən məzunlar arasında Gödəkqobu kənd tam orta ümumtəhsil məktəbinin məzunu Mürşüdov Mətin Elməddin oğlu 624 bal, Yarməmmədbağı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Xəlilova Xuraman Bəxtiyar qızı 620 bal, şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Hacısoy Ümid Ramo oğlu 616 bal, Kəndəbil kənd tam orta ümumtəhsil məktəbinin məzunu Əhmədova Aytən Sərvət qızı isə 614 bal toplayıb.
Tədbirdə çıxış edən məzunlar, onların valideynləri və təhsil işçiləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Məzunlar onlara göstərilən etimadı doğrultmaq üçün bundan sonra da səylə çalışacaqlarını, yüksək bilik və bacarıqlara yiyələnərək ölkəmiz üçün layiqli mütəxəssislər olacaqlarını qeyd ediblər.
Qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.
Sonda xatirə şəkili çəkilib.
Bir Oval kabinet, platforma və mətn şəkili ola bilər
Bir platforma şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Bir bir və ya daha çox şəxs, dərs oxuyan insanlar və gülümsəyən insanlar şəkili ola bilər