Zərdabdan Ucara qardaşıgilə gedən qadın zəhərlənib öldü

0
6552

Ucar rayonunda 40 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb.

Hadisə rayon mərkəzindəki mənzillərdən birində baş verib.

Zərdab rayon sakini 1986-cı il təvəllüdlü Vüsalə Namət qızı İmanova qardaşının evinə qonaq gəlib. O, sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. oxu.az