Həmyerlimiz, Onkologiya Mərkəzinin şöbə müdiri, Əməkdar elm xadimi İsa İsayev

0
3056
isa isayev
İsa İsayev

İsayev İsa Hüseyn oğlu 15 aprel 1950-ci ildə Zərdab rayonunun Məlikli kəndində anadan olub.

Orta təhsilini başa vurduqdan sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib.

1972-1974-cü illərdə ordu sıralarında həkim kimi çalışıb. 1975-77-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Tibbi Radiologiya İnstitutunda 2 illik “Tibbi rentgenologiya və radiologiya” üzrə klinik ordinatura üzrə təhsilini davam etdirib. 1987-89-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzində klinik onkoradiologiya üzrə doktorantura təhsili alıb.

1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Tibbi Radiologiya İnstitutunun Elmi Şurasının qərarına əsasən, tibb elmləri namizədi, 1990-cı ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsi alıb.

Azərbaycan Milli Onkologiya Mərkəzinin aparıcı elmi işçisi, tibb elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının müxbir, Amerika, Avropa və Rusiya terapevt-onkoloq-radioloq cəmiyyətlərinin həqiqi üzvüdür.

Azərbaycanın Əməkdar elm xadimidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şöbəsinin rəhbəridir.

İsa İsayev Prezident İlham Əliyevin sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə də təltif edilib.

Sərəncama əsasən, Azərbaycanda səhiyyənin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə İsa Hüseyn oğlu İsayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

200-dən çox elmi işin, bir neçə monoqrafiyanın, tibbi dərsliklərin müəllifidir.

14 tibb elmləri namizədinin yetişməsində xidmətləri olub.

Zerdab.com