Əlibəyli kənd orta məktəbin müəllimi yazır: İslamda din-dövlət münasibətləri

0
64
Seymur Tağıyev
Seymur Tağıyev. Zərdab rayon R. Rza adına Əlibəyli kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

İstər din, istərsə də dövlət anlayışları insanla bağlı, onunla var olan, onsuz varlığı düşünülməyən anlayışlardır. Din və dövlətin, fərd və toplum olaraq insanla əlaqəsinə nəzər yetirsək bir yandan insanın tamamladığı, digər yandan insanı tamamlayan, şəkilləndirən bu iki anlayışın bir-birindən ayrı, müstəqil olaraq varlıq və işləkliklərini davam etdirib-etdirməyəcəklərinə baxsaq neçə vaxtdan bəri bu mövzuda təhlil və münaqişə aparan iki ana qrup  görərik.

a) Fərd və toplum olaraq insan həyatında, insan əlaqələrində din ilə dövlətin bir-birindən ayrıla  biləcəyini, ayrılmalı olduğunu (laisizmi,sekularizmi-S.T) müdafiə edənlər.

b) Din və axirət işləri (inanc, ibadət, əxlaq) ilə dünya işlərinin (hüquqi, siyasi, iqtisadi, sosial) insan həyatında bir-birindən ayrılmasının mümkün olmadığını və ayırılmaması gərəkdiyini   müdafiə edənlər (dinçilər, mühafizəkarlar).

İslam dünyasında bu iki qrupun təmsilçilərinin, yaxud qərbdə mövzunu İslam dini baxımından  araşdıranların referansları eynidir.

İslam dininin başlanğıcından müasir əsrə qədər İslam tarixini tədqiq edəcək olsaq, İslam  dövlətinin dindən ayrılmadığını və dinin dövlətin ən baş söykənəcəyi olduğunu  görürük. Qədimdə alimlər din işlərini tənzim edən hökmlər arasında ayrıseçkilik etməmişlər, onların   hamısına “şəriət  hökmləri” adını  vermişdilər. Dini, hüquqi və ya idari işlərə aid olan hökmlər   arasında fərq yoxdur. Bütün bu hökmlər, şəxslər üçün dəyişdirmə ehtimalı olmayan  bağlayıcı   hökmlər olaraq qəbul edilməkdə, insanlar onları öz rizaları ilə tətbiq etməkdədilər. Din  və  dövlətin ayrılığını istəyən fikirlər bizə yaddır, Avropadan idxal edilmişdir, eynən əşya idxalı  kimi. Yayıldı və bəziləri onun doğuşu və qaynağını araşdırmadan onu mənimsədilər. Bu  fikir, çox qədimlərdən başlamış, Roma dövləti zamanında, hüquqi və ictimai baxımdan zirvəyə  çatmışdır. Xristianlıq, mənəviyyatdan tamamən uzaqlaşmış insanın ruhi tərəfini təmizləmək  üçün gəlmişdir. Bu səbəblə Hz.İsa mücərrəd  prinsip olaraq, bəzi  adət  və  vərdişlərdə  boğulan bu toplumun əxlaqını təmizləməyə çağırmışdır. Xristianlıq  yayıldıqdan sonra , bu din  və ondan çıxan doğruluq və təmizliyə dəvət edən ruhaniyyət və əxlaq prinsiplərinin təkbaşına sosial həyatı tam olaraq düzənləməyə əlverişli olmadığını avropalılar gördü və beləcə din və  dövlət ayrılığı fikri ortaya çıxdı. Bu fikirlərin ortaya çıxmasını yaradan faktlardan biri, kilsə və  kilsə adamlarının ,özlərinə  kralların  iqtidarından  əksik olmayan iqtidar   almalarıdır.İdarəçilər dini ,iqtidarlarına qarşı  çıxan və  ya  kilsə  iqtidarını  tənqid  edən  hər  şeydə  məşhur  bir  qılınc  halına  gətirmişdilər  və  beləcə  din  ilə  xalq  arasındakı   boşluq  genişlənmişdir.

Şübhə  yoxdur  ki,İslam metod  baxımından  xristianlıqdan  fərqlidir.Bildiyiniz  kimi,İslamiyyət  din  və  nizamdır  və  hüququ,həyatın inanc,ibadət  və  düzənləmə  olaraq  bütün  tərəflərini  ələ   almışdır.Bu  səbəblə  İslamiyyətin  xristianlıqla  bu  baxımdan  fərqləndirilməsi ,təməllərinin  fərqli  olmasıyla   mümkün  deyildir.Xristianlıq  tarixi  bəzi  əsrlərdə   dünyəvi  iqtidara bağlanmış ,azadlıqları  boğmaq  üçün  kilsə  iqtidarından   kömək  alan  hala  gəlmişdir.İslam  isə  tarixi  boyunca iqtidarın  qarşısında   insanların   istifadə  etdiyi   bir  yalın  qılınc omuşdur.

İstər türk və istərsə qeyri-türk  millətlərin qurduğu dövlət və quruluşlarda görülən  işlər,İslamda  din-dövlət əlaqəsini bəlirləməkdə  qaynaq   olaraq  istifadə   edilmişdir.Bu  dövlətlərin  dünyəvi  xarakterli   olduğunu   irəli  sürənlər  örfi  hüquq, başçının  səlahiyyəti,din  və  vicdan  azadlığından hərəkət  etməklə  bu  nəticəyə  gəlmişdilər.Onlara  görə:

a) Örfi  hüquq:  Örf, adət, ənənə  və  qanunnamələrə  dayanan  örfi  hüquq  şəriətdən  müstəqildir. İdarəçilər  bu  hüquq  çərçivəsində  qanunnamələr çıxarmış, vergilər  qoymuş, məhkəmələr qurmuşdular. Bütün  bunlar  edilərkən şəriətə istinad edilməmiş, şəriətin bu  işlərə qarışmadığı inanc və prinsipindən hərəkət edilmişdir.

b)Ünvanı  xəlifə  olsun, hökmdar  olsun, sultan  olsun   idarəçilər  məsləhəti  əsas götürmüş, bu  səlahiyyəti  səltənət  hüququndan  aldıqlarını  irəli  sürmüşdülər.

c) Qurani  Kərimdə  “Dində  zor  və  basqı   yoxdur. Artıq  haqq  ilə  batil   açığa  çıxmışdır, o  halda  kim  saxta  tanrıları  rədd  edib  Allaha  inanırsa  sağlam  qulpa  yapışmışdır…” buyurulmaqdadır. Əgər  dövlət  dinə  bağlı  olsaydı, təbəənin  də  bu  dinə  mənsub  adamlardan  olması   gərəkirdi. İslamda  dövlətin və  siyasətin  dindən ayrı  ola  bilməyəcəyini, dini təlimatın xaricə çıxa bilməyəcəyini irəli sürənlər yuxarıdakı  iddialara  cavabı  verməkdədirlər.

İnsanların dünya  həyatını  təşkil  edən qaydalar, sosial, siyasi, hüquqi və iqtisadi  qurumlar, əlaqələr dayanmadan dəyişir, bu  dəyişim  insan  təbiətinin əvəzedilməz  bir  dəyəridir. Bu  gün bütün müasir dövlətlərin konstitusiyalarında yer almış, insanlar tərəfindən  vazkeçilməz  olaraq  qəbul  edilmiş  təməl  haqq  və  azadlıqlar  vardır. İslamda  isə  din, cinsiyyət və azad-kölə ayırımı  mövcuddur. Bunları  özündə  cəmləşdirən  bir dinin dövlət və siyasət həyatına  hakim olması düşünülə bilməz.

Qayda və qanunların, insan həyatına, mədəniyyətinə paralel olaraq durmadan dəyişdiyi bir  gerçəkdir. Bir başqa gerçək də tarix boyunca müsəlmanlarda dəyişmədən gələn bir  çox  inanc,düşüncə,duyğu və dəyərlərin olmasıdır.İslamda  inkişaf  mahiyyətində  olan  və  qaçılmaz olan hər hansı bir dəyişməni önləyən, bunu dinə zidd sayan heç bir qayda  yoxdur. İslamda siyasi, sosial, iqtisadi və hüquqi sahələri yerbəyer edən qaydalar uzun zaman, daha  çox  fiqh  kitablarında yer almışdır. Bu qaydaların ən az dörddə üçü ayət və hədisə deyil,  ictihada dayanmaqdadır. İctihad bir fikir, düşüncə, dəyərləndirmə və tətbiqetmə işidir. Bəşəridir, müqəddəs deyildir, dəyişə bilər, hər zaman yeniləri yaradıla bilər.

foto