– Dostum, bu nə haldır? Zəifləyib əldən düşmüsən. Əvvəllər heç belə deyildin. Nə dərdin var?
O birisi cavab verir:
– Heç sorma. Bir dərdə düşmüşəm ki, deyiləsi deyil. Bir adam var, nə müddətdir ki, onun ardınca düşmüşəm. Onu yoldan çıxarmaq, pis əməllərə alət eləmək istəyirəm. Amma bu zamana qədər heç bir şeyə nail ola bilməmişəm. Bunlar bir tərəfə qalsın, nə müddətdir ki, bir şey yeyib-içə bilmirəm. Bu adam bir yerə addım atdımı, “Bismillah”la atar; bir işə başladımı, “Bismillah”la başlayar; süfrəyə əlini uzatdımı, “Bismillah”la uzadar… “Bismillah” olan yerdə də mənə xeyir düşməz. O, “Bismillah” deyib əlini süfrəyə uzadınca, süfrədəkilər mənim boğazımdan keçməz. Beləcə, günlərdir ki, ac-susuz qalmışam. Bu adamdan indi qurtara da bilmirəm. Mənim əriməyimin, üzülməyimin səbəbi də budur. De görüm, sən necəsən? Necə olub ki, belə kökəlmisən?
– Mən də bir adamın dalınca düşmüşəm. Amma bu adam üçün heç əziyyət də çəkmirəm. Çünki hərif nə halal bilir, nə haram. Haqq nədir, hüquq nədir, vecinə deyil. Zalım oğlu əlinə keçəni bir andaca həzm eləyir. Yeməyi də haramdı, gördüyü işlər də. Dilindən bir dəfə də olsun “Bismillah” kəlməsi eşitməmişəm. Ona görə də mənim kefim belə kökdür. |