Nahaq açdım öz dərdimi özgəsinə…

0
61

Azadlıq çox dəyərlidir min incidən,
Qulun başı üstə durar min incidən,
Söz soruşdum hər gördüyüm minincidən,
Təkcə biri cavab verdi adam kimi.

Nahaq açdım öz dərdimi özgəsinə,
Tab edərmi belə dərdə özgə sinə?
Özümünkü gör nə dedi, özgəsi nə?
Mənimlə çox sərt danışdı, yadam kimi.

İsaməddin, səbrli ol, ümid sonadı,
Eldi verən igidinə bil ki, son adı,
Gözəl gördüm, elə bildim əsil sonadı,
Bəxtəvərin dili vardı badam kimi.

İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru.