Zərdabda kanala düşərək boğularaq ölən şəxslə bağlı yeni DETAL

0
3074
zerdab-rayonu.png

Zərdabda kanaldan balıq tutan şəxs boğularaq ölüb.

Zerdab.com saytına verilən məlumata görə, hadisə rayonun Bəyimli qəsəbəsində baş verib.

Belə ki, Murad Cümşüdlü qəsəbə ərazisindən keçən şor kanalda balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək boğulub.

Sosial şəbəkələrdə yayılan məlumata görə, vəfat edən şəxs Tərtər RQİİ-nin Zərdab rayon Qaz idarəsinin Qəza-dispetçer xidmətinin müdiri Sabir Abdullayevin oğludur.

Zərdabda Yuxarı Şirvan kollektorunda balıq tutan zaman suya düşərək ölən şəxs epilepsiya xəstəsi olub.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon ərazisində qayıqla balıq tutmaq istəyən 1994-cü il təvəllüdlü M. Cümşüdlü suya yıxılaraq ölüb.

Məlumata görə, M.Cümşüdlü epilepsiya xəstəsi olub. Onun xəstəlik tutması nəticəsində suya düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.