Əlvənddə oturub, bütün Şirvana hakimlik etmiş Zərdablı Xan qardaşlar – TARİX

0
335
zerdab-yol-temir-tarix

Tərəkəməçiliklə məşğul olan tayfa başçısı Əsgər bəyin, onun oğullarının o zaman indiki Zərdab rayonu ərazisindəki qədim Əlvənd kəndindən olmaları və orada məskunlaşmaları tarixi reallıqdır. Məlumdur ki, bu gün də həmin tayfanın, nəslin Zərdab, Göyçay, Şamaxı və digər rayonların ərazisində yaşayan nümayəndələri vardır. Odur ki, bununla bağlı araşdırmalar aparmağı gərəkli hesab edirik.

Tarixdən bizə məlumdur ki, Şamaxı xanlığının əsasını Hacı Məhəmmədəli xan və əslən Zərdablı olan Məhəmməd Səid xan, Ağası xan qardaşları qoymuşlar.
Nadir şah Şamaxı əhalisini indiki Ağsu (Yeni Şamaxı) ərazisinə köçürdükdən sonra Şirvanda vergi toplamaqla məşğul olan Hacı Məhəmmədəli xan 1748-ci ildə Yeni Şamaxıda hakimiyyəti ələ keçirdi. Şirvanın qalan hissəsində isə Ağası xan və Məhəmməd Səid xan öz hakimiyyətlərini möhkəmlətdilər.
A. Bakıxanov “Gülistani – İrəm” əsərində yazır ki, 1775-ci ildə “Ağası xan da Əlvənddə oturub, bütün Şirvana hakim oldu”. Onu da yazır ki, 1792-ci ildə Şirvan əyanlarının, xüsusilə, Yüzbaşı bəy Hövzi və Ömər Sədarinin təklifi ilə Ağası xan oğlu Mustafa xan Əlvənddən gəlib Şamaxıda hökumət bayrağını qaldırdı. Qeyd edək ki, Mustafa xan 1792-ci ildən 1820-ci ilə kimi, 28 ilə qədər Şirvan hakimi-xanı olmuşdur.
Demək olar ki, bu dövrdə İran təcavüzü Qarabağdan bu yana keçməmişdir. Əlbətdə, hər bir Zərdablı əslən zərdablı olan belə bir tarixi şəxsiyyətlərə fəxr etməli, qürur hissi keçirməlidir”.

Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, tədqiqatçı, zərdabişünas alim, Azərbaycan Jurnalistlər və Azərbaycan Yazıçılar birliklərinin üzvü, həmyerlimiz Eldəniz Həsənovun Zerdab.com saytına müsahibəsindən