Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə
Ürəyində millətinin sevgisi,
Torpağına məhəbbətin bir ümman,
Sən yurdunun bir müzəffər oğlusan,
Yaşadacaq səni yurdun, bu məkan.
***
Qarabağda qaralanda ocaqlar,
Top səsindən tutulanda qulaqlar,
Qan ağlayıb sızlayanda bulaqlar,
Qəzəbinə sığışmadın, Mübariz.
***
Öz yurdunda əsir düşdü millətin,
Cəlladlara haqdan gəldi nifrətin,
Öz dərdinə məlhəm olan qeyrətin,
Mübarizən oddan keçdi Mübariz.
***
Sən yağını səngərində haqladın,
Güllələrlə səngərlərə mıxladın,
Ərliyini öz adında saxladın,
Yaşadacaq səni yurdun, Mübariz
***
Qarlı qışın ayazında, danında,
Fərid dostun oldu hər an yanında,
Yağıları haqladınız qınında,
Öz sözünü silah dedi, Mübariz.
***
Malıbəyli, Quşçular və Xocalı,–
Dəhşətləri, kəmfürsətin xəyalı,
Bir intiqam, bir ağrılar məlalı,
Döyüşlərə səni atdı, Mübariz.
***
Silahının alov olan göz yaşı,–
Hayqırdıqca avtomatın yaddaşı,
Biçib tökdün yağıları, dağ-daşı,
Qanlarına qəltan etdin, Mübariz.
***
Yaralanmış yağıların ah-vayı,
Yerindəcə susub qaldı səf sayı,
Namərdliyin, rəzilliyin bu–payı,
Sən ərlikdə dastan oldun Mübariz.
Yusif SULTANOV, Zərdab rayonu
teki sen kimi ogul olardi. AZERBAYCANDA YERIN CENETDE OLSUN AMIN
Comments are closed.