Qurani-Kərimin beşdə üçü axirətlə əlaqədardır.
Öncəki səmavi kitablarda, yəni Tövrat və İncildə də axirət məsələsinə geniş yer verilmişdir. Görünür, insanı tərbiyə etmək, onu doğru yola yönəltmək üçün axirət inancının əhəmiyyəti çox böyükdür. Yəni Allah-Təala (c. c.) bu mövzunu bəşərə göndərdiyi kitablarında bu qədər geniş aydınladırsa, demək, doğru olan metod da elə budur.Amma çox ciddi bir problem ondadır ki, Həzrəti Musadan (s.ə.s.) sonra Tövrat günümüzə qədər dəfələrlə, həm də çoxlu təhriflərə məruz qalmışdır. Hətta sevimli Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) zamanındakı Tövratlarda mövcut olan bəzi ayələrə belə indi rast gəlmək mümkün deyil. Məsələn, “Qisas” ayəsi buna bir sübut olaraq göstərilə bilər.
Tövrat tamamilə maddiləşdirildi, günbəgün ona aid ali məfhumlar bir-bir çıxarılaraq, yerinə tamamilə zidd fikirlər yerləşdirildi. Buna baxmayaraq, Tövratda işarə qismindən də olsa axirətə aid bir çox məsələlərə toxunulduğuna rast gəlirik.
İncil bir baxımdan Tövratda təhrif olunanları təshih etmək, təhrif olunmayan xüsusları isə təsdiq etmək üçün gəlmişdir. O zamanın Tövratında axirətə aid məsələlər izah edildiyinə görə İncil bunu təsdiq etməklə kifayətlənmiş və məsələnin təfsilatına girişməmişdir. Belə olmasına baxmayaraq yenə biz ara-sıra onda axirətdən bəhs edən ayələrə də rast gəlirik.
Matta İncilinin “Beşinci İshah”ında bu ayələr var:
”Kim bu dünyada salih əməl işlərsə, o, Rəbbin mələkutuna yüksələcəkdir.” (mələkut – mələklər aləmi)
”Müjdələr olsun miskinlərə! Onlar göyün mələklər qatına yüksələcəklər.”
”Müjdələr olsun mərhəmətlilərə ki, onlar o biri aləmdə Allahın mərhəmətinə layiq görüləcəklər.”
”Müjdələr olsun müttəqilərə ki, onlar Rəbblərini görəcəklər.” (Müttəqi – təqva əhli, haramdan və günahdan çəkinən, özünü Allahın (c.c.) sevmədiyi şeylərdən qoruyan.)
”Göylərin və yerin mələklərinin misalı buna bənzər: Əkinçi tarlaya toxum səpər. Bu toxumlar bitər. Sevilənləri səmaya doğru yüksələr və böyüyər. Aralarında bir bolük tikanlar də boy atar. Bunu görənlər tarlanın sahibinə müraciət edib deyərlər:
– Seyyidimiz! Məhsulu sevilən bu gözəl bitki cücərdi, yaşıllaşdı, bəs aralarındakı bu tikanlar nədir?
Sahib də belə cavab verir:
– O da, bu da lazımdır!
Həvarilər Həzrəti Məsihdən soruşurlar:
– Bunu bizə izah edərsənmi?
Həzrəti Məsih:
– Bəli, – deyir və izah edir, – o toxumu səpən Allahdır (c.c.). O tarla isə yer üzüdür. Əkilən toxum bəşər övladıdır. Hasil olan məhsul salih insanlardır, tikanlar isə kafirlərdir. Burada yaxşılarla pislər bir yerdə olacaqlar. Amma axirətdə yaxşılar səmanın mələklər qatına yüksələcək, pislər isə Cəhənnəmə girəcəklər.”
Matta İncili, iyirmi beşinci ishah:
”O gün Məlik gələcək. Sadiqlər Onun sağında, inkarçılar isə solunda yerlərini tutacaqlar. Məlik sadiqlərə belə deyəcək: “Bu gün sizi mükafatlandıracağam. Çünki dünyada ikən mən acdım, yemək verdiniz. Susadım, su verdiniz. Məhbus oldum, azad etdiniz. Çöldə qaldım, daldalanacaq yer verdiniz.”
Onlar Məlikə belə deyəcəklər: “Rəbbimiz! Necə ola bilər ki, Sən acasan, susayasan, məhbus olasan və gərib qalasan? Axı Sən Rəbbsən!”
Allah (c.c.) onlara belə cavab verəcək: “Dünyada mənim zəif və qərib qullarım var idi. Siz bilirdiniz ki, onları yedirtdiyiniz, içirtdiyiniz zaman sanki məni yedirib-içirirsiniz. Onları azad etdiyiniz və himayə etdiyiniz zaman sanki bu yaxşlıqları Mənə etmiş kimi olurdunuz.” (Bir hədisi-şərifində sevimli Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) də bu incə mətləbə toxunmuşdur. Məlumdur ki, Peyğəmbərimiz Həzrəti Məhəmməd (s ə.s.) nə İncil oxumuş, nə də bu sözləri eşitmişdi. Deməli, peyğəmbərlik vəzifəsi ilə Həzrəti İsaya (s.ə.s.) da, Həzrəti Məhəmmədə (s.ə.s.) də eyni həqiqət əks etdirilmişdir.)
Sonra da Rəbb (c.c.) sol tərəfindəkilərə dönərək belə deyər: “Bu gün sizə əzab verəcəyəm. Çünkü acdım, bir şey yedirtmədiniz. Susuz oldum, içirtmədiniz. Çöldə qaldım, daldalanmağa yer vermədiniz. Məhbus oldum, azad etmədiniz.”
Onlar da eyni şəkildə: “Ey Rəbbimiz! Sən necə acar, susayar, çöldə qalar və məhbus olarsan!?” – deyə soruşarlar.
Buna cavab olaraq Məlik: “Bilmirsinizmi, əgər Mənim dünyada bəzi qullarım acanda doyursaydınız, susayanda su içirsəydiniz, qərib qalanda daldalanacaq yer versəydiniz və həbs ediləndə azad etsəydiniz, bütün bunları Mənim üçün etmiş kimi olacaqdınız” – buyurur.
İncildə bunlardan başqa digər bir sıra ayələrdə, az qala Qurani-Kərimin ifadələrinə uyğun şəkildə axirətə aid məsələlər dilə gətirilmişdir. Lakin bu mövzuda əsas söz sahibliyi yenə də hər cür təxribatdan və təhrifdən qorunmuş olan Qurani-Kərimə aiddir.
ZAMAN








