
Zərdab rayonunda barama tədarükünə başlanılıb.
Zerdab.com xəbər verir ki, baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Zərdab rayonunda həyata keçirilən tədbirlər davam etdirilir. Rayon üzrə 2016-cı ildə 5 ton 710 kq, 2017-ci ildə 27 ton 55 kq, 2018-ci ildə 53 ton 880 kq, 2019-cu ildə 71 ton 539 kq, 2020-ci ildə 61 ton 635 kq, 2021-ci ildə 67 ton 950 kq, 2022-ci ildə 58 tondan çox, 2023-cü ildə 52 tondan çox, 2024-cü ildə 40 tondan çox, 2025-ci ildə isə 32 tondan çox olmaqla barama tədarük edilərək Respublikada illər üzrə ən yüksək göstəriciyə nail olunub. Görülən tədbirlər cari ildə də davam etdirilir. 2026-cı ilin məhsulu üçün ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanılıb. Bəslənmə mərhələsində Rayon İcra Hakimiyyəti tərəfindən ipəkqurdunun vəziyyəti nəzarətdə saxlanılıb. Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə Aparatın digər vəzifəli şəxslərinin iştirakı ilə rayon ərazisində barama qurdunun saxlanılması üçün yaradılan şəraitlə tanış olub, barama qurdlarına baxış keçirib və onların yemlə təminatının vəziyyəti ilə maraqlanıb, kümçülərə barama qurdlarının itkisiz yetişdirilməsi ilə bağlı lazımi tövsiyə və tapşırıqlar verilib. İyunun 9-da rayon üzrə barama təhvilinə başlanılıb. Bu münasibətilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə iştirak edib, kümçülərlə görüşərək onların əməyi və əldə etdikləri nəticələrlə maraqlanıb. Mayın 25-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlət başçısının qarşıya qoyduğu vəzifələr barədə iştirakçılara məlumat verib. Rayon rəhbəri kümçülərə xeyir-duasını verib, bol məhsul və uğurlar arzulayıb. Məhsulun ilkin qəbulu göstərir ki, bu il də Zərdab rayonu baramaçılıq sahəsində yüksək göstəriciyə nail olacaqdır.
Zerdab.com










