Əslən Zərdabdan olan şahmatçı beynəlxalq şahmat turnirinin qalibi oldu

0
11020

Əslən Zərdab rayonundan olan tanınmış azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyeva Özbəkistanda təşkil olunan IV Qadınlar Şahmat Çempionatı 2026 Masters turnirində birinci yerə layiq görülüb.
Zerdab.com-un məlumatına görə, Özbəkistanda keçirilən yarışda dünyanın müxtəlif ölkələrindən 10 güclü qadın şahmatçı dairəvi sistem üzrə mübarizə aparıb. Reytinqi 2431 olan beynəlxalq usta Ülviyyə Fətəliyeva 9 turdan 6,5 xal toplayaraq turniri lider kimi başa vurub və 8 min ABŞ dolları məbləğində mükafat qazanıb. Turnir yüksək rəqabət və gərgin qarşılaşmalarla yadda qalıb və qadın şahmatçıların güclü mübarizəsini nümayiş etdirib. Qeyd edək ki, bu, Ülviyyə Fətəliyevanın beynəlxalq arenada qazandığı ilk uğur deyil. O, daha əvvəl Yunanıstanda keçirilən qadın şahmatçılar arasında Avropa Çempionatında qızıl medal qazanaraq böyük uğura imza atmışdı.

Nicat