Şagirdlər müəllimlərini gözləyirdilər. Sinif hay-küydən az qala lərzəyə gəlirdi. Bir azdan müəllim gəlib çıxdı. Şagirdləri sərt baxışlarla süzdükdən sonra masasının arxasına keçdi. Tabaşiri götürüb yazı taxtasına böyük bir “1” yazdı. Üzünü şagirdlərə tutub “Baxın”, – dedi – “Bu, şəxsiyyətdir. İnsanın həyatda malik olduğu ən qiymətli şey”… Sonra “1”in yanına bir “0” yazdı: “Bu isə bacarıqdır. Bacarıq və şəxsiyyət 1-i 10 edər”. Bir “0” da yazdıqdan sonra: “Bu isə təcrübədir. Əgər 10-sunuzsa, təcrübə ilə 100 olarsınız”. Sıfırlar artdıqca növbə qabiliyyətə, istedada, zəhmətə də çatdı. Müəllim hər dəfə “1”in yanına yeni bir “0” yazanda axırıncı rəqəm on dəfə artırdı. Sonra müəllim silgini götürüb “1”i sildi. Yazı taxtasında yalnız bir-birinin arxasınca düzülmüş sıfırlar qaldı. Nəhayət müəllim son sözünü dedi: “Baxın, bu rəqəmdə hər sıfırın öz yeri var idi. Ancaq “1”i sildik və sıfırların heç bir qiyməti qalmadı. Həyatda da belədir. Əgər, şəxsiyyət yoxdursa, qalanları heç bir şeydir”.
Sinif sanki dərin bir səssizliyə gömülmüşdü.
“Ailəm” jurnalı
Heqiqeten derin mena kesb edir.Sexsiyyet olmaq esasdir.o yoxdursa muellimin dediyi kimi qalan seyler cox qiymetsizdir
Comments are closed.