Gedənlər gileyli, gələn gileyli,
Yaman danışırlar səndən, a dünya.
Əlhəzər eləyib qan ağlayırlar,
Baş açmaq olmayır qəmdən, a dünya.
Pozulub mizanı tərəzi, daşın,
Gözünü tökürsən, düzəldib qaşın.
Bəxti qara gələn gözləri çaşın,
Qurumur gözləri nəmdən a dünya.
Vəzir Bəlalı da başına döyür,
İnciyib, hey sənin dalınca söyür.
Qəm-qüssə içində al-yaşıl geyir,
Lağ edib baxırlar gendən, a dünya.
Vəzir BƏLALI,
Otmanoba kəndi