Mövlana “Ölüm Xarəzm yayı kimi çox möhkəm və sərtdir. Heç kim usta bir kamankeşə xidmət etmədən Xarəzm yayını qura bilməz, kirişini birdən çəkib qulağına gətirə bilməz. Deməli, Xarəzm yayını qura bilmək üçün illərlə kiçik yaylar üzərində çalışmaq lazımdır. Ölüm yayını qura bilmək üçün də ibadətlərlə, xeyirli işlərlə, malda və canda əliaçıqlıqla hazırlıq görmək lazımdır. Səxavətliliyə öyrəşsən və bu yolda yerisən, can alan mələklər yanına gəlib canını istədikləri vaxt heç bir sıxıntı və zəhmət çəkmədən onu verər, Allahın əmanətini Allahdan əsirgəməzsən. Çünki Allah “Əmanətləri əhlinə verin” buyurur. “Möminlərin ruhunu asanca alın” əmrinə uyğun olaraq heç bir yerində ən kiçik əzab belə hiss etməzsən. Fəqət mələklər canında və malında əliaçıqlıq etməyə öyrəşməyən bir insanın canını almağa gəldiklərində o xəsis adam yenə də xəsislik göstərib onu könül rizası və razılıqla təslim etməz. Buna görə də ona çətin və iztirablı olsun deyə “Onun canını çətinliklə və zəhmətlə ondan alırlar” ayəsində buyurulduğu kimi alarlar. Halbuki o bu dünyadan heç getmək istəməz”, – dedi. |