Ana məhəbbəti

0

qəmli-anaBöyük məhəbbətimlə

Mən sevirəm anamı.

Axı necə sevməyim,

Mənə candan yananı.

Yalandı yad sevgisi,

Mənim sözüm qətidir,

Dünyada ən təmiz eşq

Ana məhəbbətidir.

***

Anasız ayaq açıb,

Yol azaram həyatda.

Anam varsa yanımda,

Mən də varam həyatda.

Dizlərimin taqəti,

Qolumun qüvvətidir,

Dünyada ən təmiz eşq

Ana məhəbbətidir

***

Mən şirinlik duymuşam

Kəlməsində, sözündə.

Varmı ona bərabər

Görəsən yer üzündə?!

Gözlərimin işığı,

Qəlbimin ülfətidir.

Dünyada ən təmiz eşq

Ana məhəbbətidir.

***

Qəlbimizdə yaşadaq,

Sevək özümüz kimi.

Qoruyaq hər bəladan

Görən gözümüz kimi.

Cənnətdən yerə enən

Tanrı əmanətidir,

Dünyada ən təmiz eşq

Ana məhəbbətidir.

 

Vüqar VƏKİLOĞLU

Qoruqbağı kəndi

PAY
Əvvəlki məqaləAllaha böhtan atanlar
Növbəti məqalədəBircə o addımı atmayın!