Stalinin əmri ilə Zərdaba köçürülən 36 ailənin aqibəti necə oldu? – TARİX

0
2760
stalin-zerdab-kiresli

Stalinin əmri ilə 1949-1950-ci illərdə 36 ailə Ermənistanın Abaran rayonunun Kirəşli kəndindən, dədə-baba yurdlarından zorla çıxarılmışdı. Həmin 36 ailə Zərdab ərazisində məskunlaşmışdı. Zərdab rayonuna göndərilən bu ailələr indiki Əlvənd kəndinin yaxınlığında məskunlaşmışdılar. Onların məskunlaşdıqları, 36 evdən ibarət olan kənd Kirəşli adlanırdı.  
Belə ki, həmin ailələr Zərdab ərazisində binə olduqları yerə Qərbi Azərbaycandakı öz doğma Kirəşli kəndinin adını verdilər.

Həmin ailələr Zərdab rayonu ərazisində yaşadıqları müddət ərzində Lenin adına kolxozda çalışmışlar.

Yerli əhali ilə qaynayıb-qarışan bu insanlar Zərdab camaatının onlara göstərdikləri xoş münasibətdən razı idilər. Zərdablılar bir növ könlü qırıq olan bu insanlara daim qayğı göstərir, hər işlərində onlara köməklik edir, sanki gəlmə olduqlarını hiss etdirməməyə çalışırdılar. Ancaq dağlıq ərazidən isti aran bölgəsinə zorla köçürülən bu insanlar yerli iqlimə uyğunlaşmaqda çətinlik çəkirdilər. Məhz yerli isti iqlimə uyğunlaşa bilmədikləri üçün

bu ailələr bir müddət sonra öz istəkləri ilə başqa yerlərə, ərazilərə köçüb getdilər.

Zerdab.com