Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaş olan qadını və onun iki azyaşlı uşağını Zərdab rayonunun Bəyimli qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında məcburi əməyə məruz qoymaqda şübhəli bilinən Kəlbəcər rayon sakini Məhəmməd Babakişiyev tutulub.
Zerdab.com saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 144-2.2.1-ci və 144-2.2.2-ci (məcburi əmək) maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb. Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə M. Babakişiyev Cinayət Məcəlləsinin həmin maddələri ilə (məcburi əmək) təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.