Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək tutulublar.
Zerdab.com saytı DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, həmin şəxslərdən biri də Zərdab sakinidir.
Belə ki, Binəqədi rayonu ərazisində Zərdab rayon sakini Mahir Mehdiyevin idarə etdiyi “Khazar” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıb.
Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitə qəbul etdiyi müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə Mahir Mehdiyev 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Zerdab.com