Zərdab ərazisində şirli küpələr ən çox bu yaşayış yerlərindən aşkar olunub – TARİX

0
17155
zerdabin-xeritesi-zardab-xerite-zerdab-rayonu.png

Zərdab ərazisində IV–XIII əsrlərdə başqa gil məmulatı kimi, çıraqlar da əhalinin məişətində mühüm rol oynamışdır. İlk orta əsrlərdə müxtəlif formalı çıraqlar mövcud olmuşdur.

Hündürlüyü 5 sm, ağzının diametri 4,5 sm, oturacağının diametri isə 5,5 sm-dir. Gövdə hissədə qabın diametri 9 sm-dir. Lüləyi sınmış vəziyyətdədir. Salamat qalmış hissəsinin uzunluğu 3,5 sm-dir. Boz rənglidir.

Boz rəngli çırağın hündürlüyü 4,5 sm, ağzının diametri 6 sm, oturacağının diametri 5 sm-dir. Lüləyinin salamat qalmış hissəsinin uzunluğu 2,5 sm-dir. Qulpu oval formalıdır.

Dolçalar. Zərdabın İlk orta əsr dulus məmulatı içərisində dolçalar azlıq təşkil edir. Su üçün işlədilən kiçikhəcmli qara rəngli, üstü yaxşı cilalanmış dolçaların hündürlüyü 9-10, ağzının diametri 5-6, oturacağı isə 4-6 sm-dir. Bu cür qabların üstü qazıma naxışlarla bəzədilmişdir. Bəzilərinin qulpu və ağzı cilalanmamışdır. Qulpları yarımdairəvi olan bu tip qabların oturacaqları yastı, gövdələri isə xaşaldır.

Şirli küpələr. Zərdab rayonu ərazisində şirli küpələr, əsasən, Xanməmmədli və Əlvənd kəndləri ərazisindən, həmçinin, Gümüşlü, Xasa arxı və Yuxarı Seyyidlər yaşayış yerlərindən əldə olunmuşdur. Onlardan bəzisinin ölçülərini veririk:

Saxsı qabın oturacağının diametri 7,5 sm, gövdəsinin diametri 13,5 sm, salamat qalmış hündürlüyü 13 sm, ümumi hündürlüyü 23 sm-dir. Boz rəngli qabın divarının qalınlığı 0,3 sm-dir.

Boz rəngli saxsı qabın oturacağının diametri 7,5 sm, divarının qalınlığı 0,5 sm, salamat qalmış hündürlüyü 9 sm-dir.

Digər boz rəngli saxsı qabın ağzının diametri 6,5 sm, boğazının hündürlüyü 5 sm-dir.

Saxsı qabın oturacağının diametri 6 sm, gövdəsinin diametri 11,5 sm, salamat qalmış hissəsinin hündürlüyü 10,5 sm-dir.

Şirli qabın oturacağının diametri 7 sm-dir. Üzərində həndəsi motivli naxış – dairə və içərisində xəttlər çəkilmişdir.

Digər şirli qabın oturacağının diametri 10,5 sm-dir. Burada musiqi ilə ilanı oynadan ovsunçu təsviri vardır. Bu qab Əlvənd yaxınlığından Gur-gur yaşayış yerindən (Qutluq Balıq şəhər yeri – T.Ə.) əldə olunmuşdur. Bu tip qablar monqol dövrü üçün xarakterik keramika hesab olunur.

Əliyev Taleh Vasif oğlu. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçi, dissertant