1840-1846-cı illərdə Zərdab ərazisi Xəzər vilayətinin tərkibinə daxil edilmişdi… – TARİX

0
1889
zerdabin-xeritesi-zardab-xerite-zerdab-rayonu.png

“1538-ci ildə Şirvanşahlar dövlətinə Səvəfi şahı I Təhmasib tərəfindən son qoyulub və yaranmış Şirvan bəylərbəyliyinin cənub torpaqlarına Zərdab ərazisi də məhz Zərdab adı ilə daxil olub”.

Zerdab.com saytı xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyev bildirib.

“Bu vaxta qədər Səfəvi mənbələrində ərazi xatırlansa da, Zərdab toponiminin adı çəkilmirdi. Məsələn, Şah I İsmayıl Cabanı döyüşündən əvvəl Şamaxıya doğru yürüş edərkən “Qoyun ülumu”ndan keçdiyi bildirilir. Yuxarıda az əvvəl qeyd etdiyimiz hadisələrdə, o cümlədən vahid Azərbaycan Səfəvi dövlətinin yaradılması prosesində Şah I Təhmasib də bu ərazidən keçib və mənbələr qeyd olunan Zərdab ərazisini “Qoyun ülumu” adlandırıb. Belə hesab edirik ki, ərazidə maldarlığın yüksək inkişafı ilə əlaqədar bu yerlər Səfəvi tarixçiləri tərəfindən bu cür adlandırılıb. Abdulla xan Ustaclı XVI əsrin ortalarında Şirvan bəylərbəyi olduğu zaman Zərdab ərazisindəki yaşayış məskənləri böyüyüb və ərazinin mövqeyi artıb. Şah Məhəmməd Xudabəndənin hakimiyyəti (1578-1587) dövründə Osmanlılar Şirvan ərazisini imperiyanın tərkibinə qatır. Məhz Osmanlı mənbələri Şirvan ərazisi haqqında yazılarında Zərdabın adını qeyd edirlər. Şah I Abbasın hakimiyyəti zamanı bu torpaqlar yenidən Səfəvilərin ərazisinə çevrilir”.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyevin sözlərinə görə, Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsindən sonra bu ərazidə çar Rusiyası tərəfindən Göyçay qəzası təşkil edilib. 1840-1846-cı illərdə Zərdab ərazisi Xəzər vilayətinin, 1846-1859-cu illərdə Şamaxı quberniyasının, bundan sonra isə Bakı quberniyasının tərkibinə daxil edilib. XIX əsrə məxsus “Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları” adlı ayrı-ayrı buraxılışlarda Şirvan ərazisi haqqında olan qeydlərdə Zərdabın adı dəfələrlə çəkilir. Hətta 1886-cı ilə aid “Bakı quberniyasının etnoqrafik xəritəsi”ndə Zərdab ərazisində yaşayan əhalinin bütünlüklə Azərbaycan tatarları olduğu göstərilir. XIX əsr rus tarixşünaslığında Azərbaycan dilində danışan əhali Azərbaycan tatarları adlandırılırdı. 1903-cü ilə aid “Qafqaz Hərbi dairəsinin Hərbi – Topoqrafik sahəsi” adlı xəritədə Zərdab ərazisi və bir sıra kəndlər qeyd olunub. Azərbaycan Demokratik Respublikasının mövcud olduğu dövrdə Zərdabın ərazisi Göyçay qəzasının bir hissəsi olub. 1926-cı ilə məxsus Göyçay qəzasının etnik tərkibi haqqında cədvəldə Zərdab əhalisi bu cür idi: 99,8 % – türklər (Azərbaycan türkləri), 0,1 Arxeologiya və Etnoqrafiya Тarix və onun problemləri, № 1 2014 309 % ləzgilər, 0,1 % ruslar. Azərbaycan SSR dövründə artıq Zərdab ərazisi rayon mərkəzinə çevrilib. Hazırda Zərdabın ərazisi 856 km2 -dir və 40 yaşayış məntəqəsindən ibarətdir”.

Zerdab.com